Icma.az
close
up
RU
Hamiləlik əleyhinə həblər haqqında BİLMƏDİYİNİZ FAKTLAR

Hamiləlik əleyhinə həblər haqqında BİLMƏDİYİNİZ FAKTLAR

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bütün dünyada hamiləlik əleyhinə preparatlar (kontraseptiv həblər) arzuolumaz hamiləliyin qarşısını alan ən tez-tez istifadə olunan vasitədir.

Müasir hamilək əleyhinə həblər  daha effektlidir və onların yanaşı təsirləri və əks-göstərişləri daha azdır. Belə həblər arzuolunmaz hamiləliyin riskini 99% azaldır.

Bundan əlavə düzgün seçilmiş belə preparat qadın orqanizminə müsbət təsir edir - hormonal fonunu tənzimləyir, bəzi qadın cinsiyyət sistemi xəstəliklərinin riskini azaldır, güclü qanaxmaların və menstruasiya öncəsi sindromunun qarşısını alır, dərinin vəziyyətini yaxşılaşdırır və s. Bu səbəbdən hamiləlik əleyhinə həblər bəzi pozulmalar zamanı cinsi həyatı yaşamayan qızlara da müalicəvi vasitə kimi təyin olunur.

Həmçinin hamiləlk əleyhinə həblər sonsuzluğun da müalicəsində də geniş istifadə olunur.

Hamiləlik əleyhinə preparatların tərkibində qadın hormonlarının müəyyən kombinasiyası daxildir. Preparatın təsirindən qadın orqanizmində ovulyasiya baş vermir ki, bu da hamiləliyi mümkünsüz edir.  Bundan əlavə hamiləlik əleyhinə həblər servikal kanalda olan seliyi qatılaşdırır ki, spermatozoidlər uşaqlığa daxil ola bilmir.

Hətta həblərin qəbulu fonunda ovulyasiya və mayalanma baş verərsə, embrion uşaqlıq boşluğuna implantasiya edə bilmir (yapışa bilmir) ki, hamiləlik əleyhinə həblər uşaqlığın divarlarını çox nazik edir.

Hamiləlik əleyhinə həblərin 50-dən çox növü var. Bir qadına uyğun olan preparat digəri üçün uyğun olmaya və hətta ziyanlı ola bilər. Bu səbəbdən oral kontraseptivləri özbaşına, rəfiqələrlə  məsləhətləşdikdən və İnternet forumları oxuduqdan sonra qəbul etmək yolverilməzdir.

Hamiləlik əleyhinə həblər qadına yalnız həkim-ginekoloq tərəfindən təyin olunmalıdır. Bundan əvvəl həkim qadını müayinə edir, həblərin qəbuluna əks-göstərişlərin olub-olmadığını araşdırır.

İstənilən digər preparatlarda olduğu kimi, hamiləlik əleyhinə həblərin da müəyyən əks-göstərişləri vardır. Damar problemləri, ciddi ürək, böyrək, qaraciyər xəstəlikləri olan, siqaret çəkən qadınlar üçün oral kontraseptivlərin qəbulu qadağandır.

Hamiləlik əleyhinə həblər müəyyən sxem üzrə qəbul olunur və həblərin qəbulunu buraxmaq olmaz. Bu halda hamiləlk əleyhinə effekt itir.

Hamiləlk əleyhinə həblərin müəyyən yanaşı təsirləri də var: arterial təzyiqin yüksəlməsi, baş ağrıları, saçların tökülməsi, çəkinin bir qədər artması və s. Bu halda həkimə müraciət etmək lazımdır.

Hamiləlk əleyhinə həbləri qəbul edən qadın ildə 2 dəfə ginekoloqun müayinəsindən keçməlidir.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 08:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri