Icma.az
close
up
RU
Hamiləlik haqqında maraqlı faktlar

Hamiləlik haqqında maraqlı faktlar

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

- Hamiləlik zamanı qadının immun sistemi zəifləyir. Bu hamiləliyin saxlanması və normal inkişafı üçün olduqca vacibdir.

İmmun sistemimizin əsas vəzifəsi orqanizmə düşən yad hüceyrələri tapıb zərərsizləşdirməkdir. Yeni həyatın əmələ gəlməsində həm ananın, həm də atanın hüceyrələri iştirak edir. Atanın hüceyrəsi ana orqanizmi üçün yaddır və ananın immun sistemi onu potensial təhlükə kimi qəbul edə bilər. Bu səbəbdən körpəni müdafiə etmək üçün ananın orqanizmi öz immun sistemini qismən zəiflədir.

Məhz buna görə hamiləlik zamanı qadınlar infeksion və soyuqdəymə xəstəliklərinə daha tez tutulur, qadınların əksər hissəsində göbələk infeksiyası oyanır, xroniki xəstəliklər kəskinləşir və s. Bu hamiləlik zamanı immun sisteminin zəifləməsi ilə bağlıdır.

- Hamiləliyin erkən pozulmasının (hamiləliyin lap əvvəlində) səbəbi bir çox hallarda (bəzi məlumatlara gözrə 70% hallarda) döldə olan hər hansı genetik patologiya ilə bağlı olur.

- Hamiləlik zamanı qadınlar iyləri və dadları daha yaxşı hiss etməyə başlayır. Bu müdafiə mexanizmidir. Bunun əsas məqsədi ananın orqanizmini keyfiyyətsiz, xarab, ziyanlı maddələrdən qorumaqdır ki, zəhərlənmə baş verməsin.

Maraqlıdır ki, hamilə qadınların rənglərə qarşı olan həssalığı da artır. Belə ki, çox parlaq rənglər (parlaq qırmızı, narıncı) qadında başgicəllənməsi tutmasına və hətta qusmaya səbəb ola bilər.

- Hamiləlik zamanı qadınların bir çox hissəsində tez-tez burun tutulur. Bu hamiləlik zamanı selikli qişalarda olan dəyişikliklərlə bağlıdır.

Bu halda həkimlər qadınlara dəniz suyu əsasında burun spreylərdən və ya damcılardan istifadə etmək tövsiyə edir. Zökəmə qarşı xüsusi vasitələrdən istifadə etmək (xüsusilə hamiləliyin əvvəlində) tövsiyə edilmir.

- Hamiləlik zamanı qadının təfəkküründə də müəyyən dəyişikliklər baş verir. Belə ki, riyazi funksiyalar, yaddaş ciddi zəifləyir. Bu da hamilə qadının orqanizmində gedən proseslərlə bağlıdır və doğuşdan sonra vəziyyət tez bir zamanda düzələcək.

- Doğuş zamanı qadın 250-400 qr qan itirir. Bu qadının orqanizmi üçün təhlükəli deyil. Məsələ burasındadır ki, hamiləlik dövründə qadının orqanizmi ehtiyat qan yığır.

- Hamiləlik zamanı qadının xasiyyətində bəzi dəyişikliklər baş verir. Bunun səbəbi hormonal dəyişikliklərdir. Hamilə qadın daha həssas, daha küsəyən, harahat olur, tez özündən çıxır, səbəbsiz (ətrafdakıların fikirinə görə) ağlayır və əsəbləşir. Bu təbiidir. Bu səbəbdən hamilə qadına güzəşt etmək, onu qorumaq lazımdır.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:249
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri