Icma.az
close
up
RU
Hamiləlik zamanı panik atak

Hamiləlik zamanı panik atak

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Panik atak hamiləlik dövründə tez-tez rast gəlinən vəziyyətdir.

Bu dövr qadın üçün həm fiziki, həm də ruhi baxımdan böyük dəyişikliklərin olduğu mərhələdir. Hormon səviyyəsinin yüksəlməsiylə əlaqədar duyğusal hallar, əhvalın dəyişməsi yaşana bilər. Həmçinin uşaqla bağlı narahatlıqlar, “yaxşı ana ola biləcəm” kimi suallar, həyat tərzindəki dəyişikliklər və maddi problemlər də panik atakın psixoloji faktorlarını yaradır.

Hamiləlikdə panik atak simptomları fərqlidir?

Hamiləlik müddətində panik atak simptomları ilə əvvəl olanlar arasında heç bir fərq yoxdur:

- Ürək döyüntüsünün artması

- Döş qəfəsində ağrı

- Titrəmə

- Tənəffüs çətinliyi və s.

- Atak keçirən şəxs infarkt keçirdiyini düşünür, hətta bəzən öləcəyini hiss edir.

Yeganə müalicə üsulu dərman deyil!

Panik atakda ən çox müraciət olunan terapiya üsullarından birincisi farmakoterapiyadır. Lakin hamiləlik müddətində dərman preparatlarının uşağa verəcəyi mənfi təsirlərdən dolayı pasiyentin dərman qəbul edilməsi təqdir olunmur. Bu səbəbdən də panik atakda yeganə üsul dərman deyil. Psixoterapiya vasitəsilə effektiv şəkildə problem korreksiya oluna bilər. Koqnitiv terapiya və bihevioral terapiya panik atakın müalicəsində ən təsirli psixoterapiya metodlarıdır. Terapiyanın əsasında panik pozuntu haqqında məlumat verilir, stress yaradan faktorlar araşdırılır və bunların aradan qaldırılma üsulları pasiyentə tətbiq edilir.

Həmçinin hamilə şəxsə bir neçə tapşırıq verilir:

- Birinci addım: ailə və ətrafdakıların dəstəyi. Bu müddəti keçirmək üçün ən böyük köməkçilər onlar olacaq.

- Tədqiqatlar həyat yoldaşının göstərdiyi sevgi və qayğının hamiləlikdə panik atakı azaldığını göstərir.

- Ana olacaq şəxsin təcrid olunmasının əksinə, sosial həyatını daha fəal şəkildə təmin etmək.

- Hamilə şəxs kofein qəbulunu (çay, yaşıl çay, kofe və s.) azaltmalı, mütəmadi yuxu rejiminə diqqət etməlidir.

- Müxtəlif nəfəs hərəkətləri stressi azaldır və rahatlamasına kömək edir

- Hamiləlik müddətində psixoloji yardım alması bu mərhələdə yaşadığı narahatlıqların qarşısını almağa kömək edə bilər. Əks təqdirdə keçirdiyi gərginlik panik atak tutmalarının artmasına səbəb ola bilər

Nərmin Quliyeva
Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi

Pcc.az

.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see396

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see270

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see260

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see258

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see251

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see243

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see239

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see235

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see234

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see233

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see231

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see228

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see225

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see225

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see211

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

01 Sentyabr 2026 13:31see208

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see208

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see190

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see185

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri