Hamımızın sakitliyə qayıtmağa ehtiyacı var Makron
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fransa Prezidenti Emmanuel Makron qarşıdakı günlərdə keçirilməsi planlaşdırılan nümayişlərin, həmkarlar ittifaqları tərəfindən təşkil olunan aksiyalar istisna olmaqla, qadağan ediləcəyini bildirib.
Modern.az xəbər verir ki, Emmanuel Makron bunu qarşıdakı etiraz aksiyalarına həsr olunmuş və hökumət üzvlərinin iştirak etdiyi müşavirənin yekununda deyib.
“Hazırda etirazların vaxtı deyil. Hamımızın sakitliyə qayıtmağa ehtiyacı var”, – deyə Makron bildirib.
O, oktyabrın 17-də baş verən iğtişaşlara görə radikal solçu qruplaşmaları ittiham edib. Prezidentin sözlərinə görə, həmin qrupların məqsədi respublikanı məhv etməkdir.
Qeyd edək ki, oktyabrın 17-də Parisdə və Fransanın digər şəhərlərində yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına etiraz olaraq kütləvi nümayişlər keçirilib. Aksiya təşkilatçılarının hesablamalarına görə, nümayişlərdə 800 min nəfər iştirak edib. Fransanın Daxili İşlər Nazirliyi isə iştirakçıların sayını 550 min nəfər açıqlayıb. Bu göstərici təhlükəsizlik qurumlarının analitiklərinin əvvəlcədən verdiyi proqnozları iki dəfə üstələyib. Bir sıra şəhərlərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Fransanın daxili işlər naziri Loran Nünyes talanlarda və qarətlərdə iştirak edən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlərin davam etdiriləcəyini bildirib.
Baxış sayı:94
Bu xəbər 22 Oktyabr 2026 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















