Icma.az
close
up
RU
Hamıya güzəştli mənzil almaq imkanı yaradıla bilər?

Hamıya güzəştli mənzil almaq imkanı yaradıla bilər?

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda sosial mənzil və güzəştli ipoteka mexanizmləri son illərdə dövlətin sosial siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.

Xüsusilə mənzilə çıxış imkanlarının artırılması və sosial həssas qrupların dəstəklənməsi məqsədilə həyata keçirilən proqramlar mərhələli şəkildə genişləndirilir.

Məsələ ilə bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarovun WUF13 çərçivəsində səsləndirdiyi fikirlər də diqqət çəkir.

Nazir qeyd edib ki, qeyri-rəsmi məşğulluğun leqallaşdırılması sosial müdafiə sisteminin maliyyə bazasını gücləndirib və bu, gələcəkdə sosial proqramların genişlənməsi üçün əlavə imkanlar yarada bilər.

Mövcud mexanizmdə kimlər daha çox üstünlük qazanır?

Hazırda Azərbaycanda sosial və güzəştli mənzil proqramlarında iştirak edən əsas kateqoriyalar qanunvericilik və icra mexanizmləri ilə müəyyən edilir. 

Qüvvədə olan qaydalara əsasən, sosial və güzəştli mənzil proqramlarında əsas prioritet kateqoriyalara şəhid ailələri, müharibə əlilləri və Vətən müharibəsi ilə bağlı digər sosial qruplar daxildir.

Eyni zamanda, məcburi köçkünlər də bu sistemdə xüsusi yer tutur və uzun illərdir dövlət mənzil siyasətində əsas prioritet qruplardan biri kimi çıxış edirlər.

Bununla yanaşı, dövlət sektorunda çalışan şəxslər, o cümlədən müəllimlər, həkimlər, hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçuları və elmi işçilər, hakimlər güzəştli mənzil və ipoteka proqramlarından istifadə edə bilən əsas qruplar sırasındadır.

Bu kateqoriya ümumi “dövlət qulluqçuları” çərçivəsində müəyyən edilir və ayrı-ayrı peşələr xüsusi imtiyaz kimi deyil, ümumi sistem daxilində əhatə olunur.

Eyni zamanda gənc ailələr, ilk dəfə ev alan və aşağı və orta gəlirli vətəndaşlar da sosial mənzil siyasətinin mühüm faydalananları sayılır. Uzun müddət kirayədə yaşayan, lakin rəsmi gəliri təsdiqlənən və mənzil növbəsində olan şəxslər də bu sistemdən faydalana bilən qruplara daxildir.

Qeyri-rəsmi məşğulluğun leqallaşdırılması və sosial sığorta sisteminin genişlənməsi gələcəkdə sosial proqramlar üçün əlavə maliyyə imkanları yarada bilər.

Bu isə sosial mənzil siyasətinin daha geniş əhali qrupunu əhatə etməsinə şərait yarada bilər. Xüsusilə aşağı gəlirli kirayəçilər, tək valideynli ailələr və gənc mütəxəssislərin bu sistemdə daha çox yer alması ehtimal edilir.

Gülər Həsənli 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 May 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri