Icma.az
close
up
RU
Davronbek Maxsudov: Sekulyar cəmiyyət hamıya birgəyaşayış imkanı verir

Davronbek Maxsudov: Sekulyar cəmiyyət hamıya birgəyaşayış imkanı verir

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, bu sözləri Özbəkistanın Dini İşlər Komitəsi sədrinin birinci müavini, tarix elmləri doktoru, professor Davronbek Maxsudov Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin İkinci Forumunda söyləyib. O bildirib ki, bu gün bəzi fanatik qüvvələr dindarlıq və sekulyarizm arasındakı nisbətin guya təhrif edildiyi, "sekulyarizmin ateist dövlətin və əxlaqsız cəmiyyətin qurulmasına gətirib çıxardığı" barədə qərəzli bəyanatlar irəli sürürlər:
"Sekulyarizm anlayışını dindarlıqla qarşı-qarşıya qoymaq düzgün deyil. Sekulyarizm konsepsiyasının əsasında dini təşkilatların siyasi təşkilatlardan ayrılması və dindarlığın hər şeyin əsası kimi qəbul edilməsindən imtina prinsipi dayanır. Bir sözlə, sekulyarizm şəraitində hər kəsin, o cümlədən istənilən dinə etiqad edən şəxsin hüquqları təmin olunur, heç kim repressiyalara məruz qalmır, təqib edilmir. İnsan qanun çərçivəsində, başqalarına zərər vermədən ona verilmiş hüquqlardan istifadə edir".
Davronbek Maxsudov vurğulayıb ki, dindarlıq isə insanın daxilindən asılı olan bir hissdir; ona zorla müdaxilə etmək heç bir dini prinsipə uyğun gəlmir:
"Burada bir məqam üzərində dayanmaq lazımdır: sekulyarizm haqqında danışarkən biz özümüz nəyi başa düşməliyik? Elmi-siyasi ədəbiyyatda sekulyarizm və ya laisizm (laicite) anlayışı dinlə birləşməyi və ya ondan ayrılmağı ifadə edir, ona qarşı durmağı yox. Bu mənada sekulyarizm anlayışı ilkin mərhələdə dinlə assosiasiya olunmurdu. Onun mənşəyi latın dilinə gedib çıxır və istənilən dünyəvi, yəni qeyri-dini davranışı ifadə etmək üçün istifadə edilmişdir".
Professorun sözlərinə görə, sekulyarizm mütləq şəkildə ateizmi və ya dinsizliyi nəzərdə tutmur, sekulyarizmə əsaslanan cəmiyyət konfessional mənsubiyyətindən asılı olmayaraq hamıya birgə yaşamaq imkanı yaradır:
"Dünyəvi dövlət sosial–mənəvi həyat kontekstində dinin təbii yerini inkar etmir. Beləliklə, müasir hüquqi-demokratik dövlətdə həm sekulyarizm, həm də dindarlıq öz yerinə malikdir. Əsas problem bu amillərin düzgün müəyyənləşdirilməsindən ibarətdir! Tarixən bütün dövrlərdə dinin cəmiyyətin həyat fəaliyyətinin bütün sahələrinə müdaxilə etməsini dəstəkləyən qüvvələr mövcud olmuşdur. Bəzən bu iki tərəf arasındakı münasibətlər o qədər gərginləşib ki, bütöv ölkələri çaşqınlıq və nadanlıq burulğanına sürükləyib".
Sədrin birinci müavinin fikrincə, dövlət–din münasibətlərinin daha bir mühüm xüsusiyyəti dinin siyasiləşdirilməməsidir:
"İstənilən din, ilk növbədə, mənəvi-əxlaqi bir hadisədir. Heç bir din öz-özlüyündə xalqın sosial-iqtisadi, siyasi və mədəni həyatının bütün aspektlərini əhatə etmək iddiasında olmur. İslamda sekulyarizm dinə yad anlayış kimi nəzərdən keçirilmir. İslamın müqəddəs mənbələri – Qurani-Kərim və Sünnə – sekulyarizm prinsiplərinin də əsasını təşkil edir. "Əl-Bəqərə" surəsinin 201-ci ayəsində deyilir: "Ey Rəbbimiz! Bizə bu dünyada da gözəl nemətlər ver, axirətdə də gözəl nemətlər ver və bizi Od əzabından qoru!". Bu ayə açıq şəkildə göstərir ki, insan bu dünya üçün də fəaliyyət göstərməlidir. Müqəddəs Qurani-Kərim dünyəviliyin ən mühüm əsaslarından birini "Dində məcburiyyət yoxdur" ("əl-Bəqərə", 256) ayəsində ifadə edir. Buna əsasən, dini həyat tərzini zorla qəbul etdirmək mümkün deyil".
Davronbek Maxsudov söylyəib ki, bu gün dünyəvi inkişaf yolu müstəqil Özbəkistanın konstitusion əsasını təşkil edir. Müasir Özbəkistan cəmiyyətində dünyəvilik prinsipi bir-birindən ayrılmaz olan üç dəyərə (vicdan azadlığı; bütün dinlərin və dini təşkilatların qanun qarşısında bərabərliyi; dinin siyasətdən ayrılması) əsaslanır:
"Hər bir dünyəvi dövlətdə olduğu kimi, Özbəkistanda da dinə münasibət müəyyən normativ-hüquqi aktlar və qanunlarla tənzimlənir. Xüsusilə, “Vicdan azadlığı və dini təşkilatlar haqqında” Qanun ölkəmizdə dini etiqad azadlığının və dini tolerantlığın möhkəmləndirilməsində əsas meyar rolunu oynayır.
Sekulyarizmə əsaslanan istənilən dövlət və cəmiyyətdə, ilk növbədə, qanunun aliliyinin təmin edilməsi zəruridir. “Qanun hamı üçün eynidir” demokratik prinsipi, şübhəsiz ki, dini proseslərə də şamil olunur.
Eyni zamanda qeyd etmək lazımdır ki, dini təşkilatların dövlətdən ayrılması dinin cəmiyyətdən ayrılması demək deyildir. Bu, dinin vətəndaş cəmiyyətində müəyyən yer tutması anlamına gəlir. Qeyd etmək lazımdır ki, bu gün Özbəkistanda heç kim dini təşkilatların və ruhanilərin mənəvi baxımdan kamil nəslin yetişdirilməsində, qurduğumuz milli dəyərlərin qorunmasında, xalqımızın həqiqi mənəvi simasını və missiyasını müəyyən edən keyfiyyətlərin formalaşdırılmasında, harmoniya, qarşılıqlı yardım, ağsaqqallara hörmət, Şərq mədəni davranışları, ismətlilik kimi ali insani hisslərin fundamental mahiyyətinin dərk edilməsində rolunu və əhəmiyyətini inkar etmir. Əksinə, bu cür yaradıcı fəaliyyət hərtərəfli dəstəklənir.
Sonda vurğulamaq istərdim ki, dövlətimizin dinə münasibətini müəyyən edən hüquqi əsaslardan iki əsas nəticə çıxarmaq olar: Birincisi, demokratik, hüquqi və ədalətli dünyəvi cəmiyyətin qurulması konsepsiyasında din, mədəni və mənəvi amillərin ümumi məcmusuna daxil olan bütün milli dəyərlər arasında birmənalı şəkildə bərabər dəyər kimi tanınır. İkincisi, sırf dini ehtiyacların hüdudlarından kənara çıxan hər hansı mənfəət əldə etmək məqsədilə dini amildən istifadə etməyə cəhd göstərilməsi qəti şəkildə qadağandır".
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://azvision.az
archiveBu xəbər 24 Dekabr 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri