Icma.az
close
up
RU
Hansı ayda məzuniyyətə çıxmaq sərfəlidir? AÇIQLAMA

Hansı ayda məzuniyyətə çıxmaq sərfəlidir? AÇIQLAMA

Icma.az bildirir, Milli.az portalına istinadən.

Əmək Məcəlləsinin tələblərinə əsasən, işçilərə məzuniyyət və ezamiyyət dövründə ödənilən əməkhaqqı orta əməkhaqqı prinsipi ilə hesablanır. Amma orta əməkhaqqının hesablanması qaydası işçinin faktiki aylıq qazancı ilə müqayisədə müəyyən fərqliliklər yarada bilər. Bu isə bir sıra hallarda əməkhaqqının azalmasına və ya artmasına səbəb olur. 

Bəs məzuniyyət haqqı necə hesablanır?

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilovun sözlərinə görə, işçilər məzuniyyət planlaşdırarkən təkcə istirahət tarixlərini deyil, həmçinin əvvəlki aylardakı qazanc dinamikasını və məzuniyyətə çıxılacaq ayın istehsalat təqvimini də nəzərə almalıdırlar. Çünki orta əməkhaqqının məbləği məhz bu faktorların vəhdətindən formalaşır:

"Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən, məzuniyyətə çıxan işçiyə ödəniləcək məbləğ onun məzuniyyət ayından əvvəlki 12 təqvim ayı üzrə qazandığı əməkhaqqının orta aylıq göstəricisinə əsasən müəyyən edilir. Bu göstərici 12 aylıq ümumi qazancın əvvəlcə 12-yə, daha sonra isə 30,4 günə bölünməsi ilə tapılır. Alınan nəticə bir təqvim günü üçün hesablanan əməkhaqqıdır və bu rəqəm məzuniyyət günlərinin sayına vurularaq ümumi məbləğ formalaşır.

Lakin buradakı incəlik odur ki, əgər işçi son aylarda yüksək əməkhaqqı alıbsa, amma əvvəlki dövrdə qazancı daha aşağı olubsa, bu zaman orta əməkhaqqı real qazancdan az olacaq. Eyni şəkildə, əvvəllər yüksək gəlir əldə etmiş, lakin sonradan əməkhaqqısı azalmış işçi üçün orta əməkhaqqı daha sərfəli ola bilər".

Ekspert qeyd edir ki, ikinci əsas amil isə məzuniyyətin hansı ayda götürüldüyüdür. Məlumdur ki, əməkhaqqı iş günlərinə, məzuniyyət haqqı isə təqvim günlərinə görə hesablanır. Bu isə o deməkdir ki, iş günü az olan aylarda bir iş gününə düşən əməkhaqqı daha yüksək olur. Belə hallarda işçi iş yerində olsa, daha çox qazana bilərdi. Amma o, həmin ayda məzuniyyətdə olduğu üçün bu yüksək gündəlik qazancı əldən verir və əvəzində daha sabit (orta) məbləğ alır:

"Məsələn, 1.500 manat əməkhaqqı alan bir işçi üçün mart ayında (15 iş günü) bir iş günü 100 manata bərabər olduğu halda, avqustda (22 iş günü) bu göstərici 68.18 manat olur. Əgər işçi martda məzuniyyət götürürsə, faktiki qazancı 1.545 manat civarında, avqustda isə 1.504 manata yaxın olur".

Ezamiyyətlərdə bağlı vəziyyət necədir?

Ekspertin sözlərinə görə, ezamiyyət dövründə isə orta əməkhaqqı bir qədər fərqli qaydada hesablanır. Əmək Məcəlləsinin 177-ci maddəsinə əsasən, ezamiyyət zamanı son iki təqvim ayının əməkhaqqı cəmi həmin dövrdəki iş günlərinin sayına bölünür və bir iş günü üçün orta əməkhaqqı müəyyən edilir. Bu göstərici ezamiyyət günlərinin sayına vurularaq ödəniş hesablanır:

"Ezamiyyətin sərfəliliyi də həmin iki aylıq dövrdəki qazanc səviyyəsi və iş günlərinin sayından asılıdır. Yəni, yüksək əməkhaqqının alındığı aylardan dərhal sonra ezamiyyətə göndərilmək işçi üçün daha sərfəli ola bilər.

İşçilər məzuniyyət və ezamiyyət planlarını təkcə şəxsi istəklərinə deyil, həm də əvvəlki dövrlərdəki əməkhaqqı göstəricilərinə və müvafiq ayın istehsalat təqviminə əsaslanaraq tənzimləməlidirlər. Belə olduqda eyni gün sayında məzuniyyət və ya ezamiyyət zamanı əldə edilən qazanc dəyişə və işçi üçün daha sərfəli vəziyyət yarana bilər".

Bir sözlə, iş günü az olan aylarda işləmək çox olan aylarda isə məzuniyyət götürmək maddi baxımdan daha məqsədəuyğundur.

Aysel Əkbər
Milli.Az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:292
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 26 May 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri