Icma.az
close
up
RU
Hansı ayda məzuniyyətə çıxmaq sərfəlidir? AÇIQLAMA

Hansı ayda məzuniyyətə çıxmaq sərfəlidir? AÇIQLAMA

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Əmək Məcəlləsinin tələblərinə əsasən, işçilərə məzuniyyət və ezamiyyət dövründə ödənilən əməkhaqqı orta əməkhaqqı prinsipi ilə hesablanır. Amma orta əməkhaqqının hesablanması qaydası işçinin faktiki aylıq qazancı ilə müqayisədə müəyyən fərqliliklər yarada bilər. Bu isə bir sıra hallarda əməkhaqqının azalmasına və ya artmasına səbəb olur. 

Bəs məzuniyyət haqqı necə hesablanır?

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilovun sözlərinə görə, işçilər məzuniyyət planlaşdırarkən təkcə istirahət tarixlərini deyil, həmçinin əvvəlki aylardakı qazanc dinamikasını və məzuniyyətə çıxılacaq ayın istehsalat təqvimini də nəzərə almalıdırlar. Çünki orta əməkhaqqının məbləği məhz bu faktorların vəhdətindən formalaşır:

"Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən, məzuniyyətə çıxan işçiyə ödəniləcək məbləğ onun məzuniyyət ayından əvvəlki 12 təqvim ayı üzrə qazandığı əməkhaqqının orta aylıq göstəricisinə əsasən müəyyən edilir. Bu göstərici 12 aylıq ümumi qazancın əvvəlcə 12-yə, daha sonra isə 30,4 günə bölünməsi ilə tapılır. Alınan nəticə bir təqvim günü üçün hesablanan əməkhaqqıdır və bu rəqəm məzuniyyət günlərinin sayına vurularaq ümumi məbləğ formalaşır. Lakin buradakı incəlik odur ki, əgər işçi son aylarda yüksək əməkhaqqı alıbsa, amma əvvəlki dövrdə qazancı daha aşağı olubsa, bu zaman orta əməkhaqqı real qazancdan az olacaq. Eyni şəkildə, əvvəllər yüksək gəlir əldə etmiş, lakin sonradan əməkhaqqısı azalmış işçi üçün orta əməkhaqqı daha sərfəli ola bilər".

Ekspert qeyd edir ki, ikinci əsas amil isə məzuniyyətin hansı ayda götürüldüyüdür. Məlumdur ki, əməkhaqqı iş günlərinə, məzuniyyət haqqı isə təqvim günlərinə görə hesablanır. Bu isə o deməkdir ki, iş günü az olan aylarda bir iş gününə düşən əməkhaqqı daha yüksək olur. Belə hallarda işçi iş yerində olsa, daha çox qazana bilərdi. Amma o, həmin ayda məzuniyyətdə olduğu üçün bu yüksək gündəlik qazancı əldən verir və əvəzində daha sabit (orta) məbləğ alır:

"Məsələn, 1.500 manat əməkhaqqı alan bir işçi üçün mart ayında (15 iş günü) bir iş günü 100 manata bərabər olduğu halda, avqustda (22 iş günü) bu göstərici 68.18 manat olur. Əgər işçi martda məzuniyyət götürürsə, faktiki qazancı 1.545 manat civarında, avqustda isə 1.504 manata yaxın olur".

Ezamiyyətlərdə bağlı vəziyyət necədir?

Ekspertin sözlərinə görə, ezamiyyət dövründə isə orta əməkhaqqı bir qədər fərqli qaydada hesablanır. Əmək Məcəlləsinin 177-ci maddəsinə əsasən, ezamiyyət zamanı son iki təqvim ayının əməkhaqqı cəmi həmin dövrdəki iş günlərinin sayına bölünür və bir iş günü üçün orta əməkhaqqı müəyyən edilir. Bu göstərici ezamiyyət günlərinin sayına vurularaq ödəniş hesablanır:

"Ezamiyyətin sərfəliliyi də həmin iki aylıq dövrdəki qazanc səviyyəsi və iş günlərinin sayından asılıdır. Yəni, yüksək əməkhaqqının alındığı aylardan dərhal sonra ezamiyyətə göndərilmək işçi üçün daha sərfəli ola bilər. İşçilər məzuniyyət və ezamiyyət planlarını təkcə şəxsi istəklərinə deyil, həm də əvvəlki dövrlərdəki əməkhaqqı göstəricilərinə və müvafiq ayın istehsalat təqviminə əsaslanaraq tənzimləməlidirlər. Belə olduqda eyni gün sayında məzuniyyət və ya ezamiyyət zamanı əldə edilən qazanc dəyişə və işçi üçün daha sərfəli vəziyyət yarana bilər".

Bir sözlə, iş günü az olan aylarda işləmək çox olan aylarda isə məzuniyyət götürmək maddi baxımdan daha məqsədəuyğundur (milli.az).

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 01 İyun 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri