Icma.az
close
up
RU
Hansı çempion olacaq: “Qalatasaray”, yoxsa “Fənərbağça”? Türkiyəli ekspertlə MÜSAHİBƏ

Hansı çempion olacaq: “Qalatasaray”, yoxsa “Fənərbağça”? Türkiyəli ekspertlə MÜSAHİBƏ

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Cebheinfo.az”-ın “Türk Söhbəti” layihəsinin buhəftəki qonağı futbol eksperti Volkan Demirdir. 

Onunla Türkiyə Super Liqasını müzakirə etdik. Super Liqadakı çempionluq yarışı ilə yanaşı, “Qalatasaray”, “Fənərbağça”, “Beşiktaş”, “Trabzonspor”, “Göztepe” və “Eyüpspor”dan bəhs etdik. Həmçinin, türk komandalarının bu mövsüm Avrokuboklardakı uğursuz çıxışı, Türkiyə milli komandasının isə yüksəlişi ilə bağlı söhbət etdik: 

-Volkan bəy, “Fənərbağça”nın “Kayserispor”la matçda xal itirməsi nəticəsində “Qalatasaray”la arasındakı xal fərqi 5-ə yüksəldi. Həm bunu, həm də növbəti həftələrdəki matçları nəzərə alaraq, hansı İstanbul klubunu Super Liqada çempion olmağa daha yaxın görürsünüz? 

-Artıq Super Liqada mövsümün başa çatmasına 6 həftə qalıb. Son 2-3 ildir həm “Qalatasaray”ın, həm də “Fənərbağça”nın çox yüksək xallar topladığını görürük. Hətta onlarla digər komandalar arasında ciddi fərq yaranıb. Türkiyədə “Qalatasaray”, “Fənərbağça”, “Beşiktaş” və “Trabzonspor”dan “dörd böyüklər” olaraq bəhs edilir. Lakin bir neçə ildir “Beşiktaş” və “Trabzonspor” qeyri-stabil çıxış edir. Ona görə də “Fənərbağça” və “Qalatasaray” demək olar ki, liqada xal itirməyəcək səviyyəyə yüksəlmişdi. 

Keçən il “Qalatasaray” 102 xalla çempion, “Fənərbağça” isə 99 xalla ikinci oldu. “Sarı bülbüllər” bu mövsüm 100 xal səddini keçərək çempion olmaq üçün dünyaca məşhur baş məşqçi Joze Mourinyonu gətirdi. Ancaq buna baxmayaraq, hədəflərinə çata bilmədilər və keçən mövsüm yığılan xalın çox gerisində qaldılar. 

Üstəlik, “Fənərbağça”nın xal itirdiyi “Kayserispor”un heyətinin ümumi dəyəri 18 milyon avrodur. Bununla yanaşı, Kayseri təmsilçisinin 5-i cəzalı, 4-ü zədəli olmaqla, 9 nəfər önəmli futbolçusu meydanda yox idi. Ancaq İstanbul təmsilçisi 50 min azarkeşinin qarşısında son dəqiqədə buraxdığı qolla bərabərə qaldı və zirvə ilə arasındakı xal fərqi 5-ə yüksəldi. 

“Qalatasaray” isə son 6 turdan əvvəl ikinci sıra ilə fərqi 5-ə çıxararaq çox böyük avantaja sahibdir. Üstəlik, “Cim-Bom” çox asanlıqla xal itirən bir komanda deyil və bu mövsüm sadəcə “Beşiktaş”a məğlub olub. Düzdür, “Qalatasaray”ın “Trabzonspor” və “Göztepe” kimi çətin qarşılaşmaları olacaq. Ancaq “sarı-qırmızılılar”ın xəta edəcəyi də gözlənilən deyil. Ona görə də artıq Super Liqada çempionluq yarışının böyük ehtimalla tamamlandığını düşünürəm. Yəqin ki, “Qalatasaray” bu mövsümü çempion kimi tamamlayacaq. 

-Sizcə, nə üçün “Beşiktaş” dünyaca məşhur ulduzları transfer etməsinə və Ole-Qunnar Sulşer kimi baş məşqçi gətirməsinə rəğmən gözləntilərin gerisində qalıb?

-Əslində, “Beşiktaş” bir neçə transfer pəncərəsi dönəmində həll edə bilməyəcəyi problemləri var. Çünki onların heyətinin keyfiyyəti illərdir çox aşağı səviyyədədir. “Qalatasaray” və “Fənərbağça”nın olduqca gerisində qalıblar. “Qara qartal”ın Viktor Osimhen, Mauro İkardi, Edin Dzeko və ya Yusuf Ən-Nəsiri kimi yüksək keyfiyyətli hücumçusu yoxdur. “Beşiktaş” bu mövsüm böyük ümidlərlə transfer etdiyi hücumçusu Ciro İmmobileni belə göndərmək istəyir. Çünki o, yaş və performans olaraq İstanbul klubunda gözləntiləri qarşılaya bilmədi. Yəni, Rafa Silvadan başqa “Beşiktaş” azarkeşlərini razı salan transfer dönəmi keçirmədilər. 

Üstəlik, klub iqtisadi çətinliklərlə də mübarizə aparır. Düşünürəm ki, “Beşiktaş”ın yeni mövsümə dair də indidən çox ciddi problemləri var. Nəzərə almaq lazımdır ki, razı qalmadıqları bir çox futbolçunu göndərməyə çalışacaqlar. Bu isə olduqca çətin prosesdir. Ona görə ki, futbolçular alacaqları maaşı sonuna qədər tələb edirlər. Bu səbəbdən “Beşiktaş”ı çətin yay transfer pəncərəsinin gözlədiyini deyə bilərik. 

-Eyni zamanda, “Trabzonspor” da əvvəlki günlərindən çox uzaqdır və komanda özünə gələ bilmir. Qaradəniz təmsilçisi niyə bu qədər qeyri-stabil çıxış edir? 

-“Trabzonspor” da illərdir “Beşiktaş” kimi heyət qurmaq baxımından ciddi problemlər yaşayır. Həmçinin, bu vəziyyət baş məqşçi məsələsində də özünü biruzə verdi. Bir mövsümdə Abdullah Avcı, Şenol Günəş və Fatih Tekke kimi önəmli baş məqşçilər komandanın başına gətirildi. Fatih Tekke türk futbol tarixinin ən istedadlı hücumçularından biri olması səbəbilə istər “Trabzonspor”, istərsə də digər komandaların azarkeşləri tərəfindən sevilən mütəxəssisdir. O, komandanın mövsümü ən yaxşı şəkildə başa çatdırması üçün çalışır. 

Lakin “Beşiktaş”da olduğu kimi onların da heyətində ciddi dəyişikliklər olmalıdır. Düzdür, yaxşı transferlər ediblər, ancaq bu, çempionluq uğrunda yarışmaq üçün kifayət etmir. Bir neçə futbolçu istisna olmaqla, heyətin tamamilə dəyişməsinə ehtiyac var. Bu da çox ciddi xərc tələb edir. Yəqin ki, Qaradəniz təmsilçisinin transfer üçün 50-100 milyon avro pul xərcləməlidir. Yay transfer pəncərəsi onlar üçün də çox hərəkətli olacaq. Ümumiyyətlə, “Beşiktaş” və “Trabzonspor”un yeni mövsümə də bir addım geridən başlayacağını proqnozlaşdırıram. Çünki yeni heyət qurmaq maddi baxımdan çox böyük yükdür. 

-Bu mövsüm Super Liqada bir çox komanda diqqət çəkməyi bacarıb. Onlardan “Göztepe” və “Eyüpspor”u xüsusi qeyd etmək istəyirəm. Çünki hər iki komanda da ulduz transferləri etmədən uğurlu olurlar. Maraqlıdır, “Göztepe” və “Eyüpspor”un doğru etdiyi, böyük klubların etmədiyi həmlələr nədir?

-“Göztepe” Rasmus Ankersenin sahibi olduğu çox fərqli layihədir. Sadəcə cüzi investiyalar nəticəsində aşağı liqalardan Super Liqaya gəlib. Üstəlik, əsas liqaya bu il çıxmalarına rəğmən, çox yaxşı performans sərgiləyirlər. “Göztepe” İzmirdəki stadionunu hər matç doldurmağı bacaran, böyük azarkeş kütləsinə sahib komandalardan biridir. 

Əsasən gənc və ucuz futbolçuları transfer edirlər. Bu il çox önəmli ulduz namizədləri çıxarmağı bacarıblar. Onların başında da Romulo gəlir. Artıq adı Türkiyənin böyük klubları ilə hallanmağa başlayıb. Həmçinin, Antoni Junior Dennis də çox dəyərli futbolçuya çevrilib. Super Liqadakı ilk mövsümündə bunu edən “Göztepe”nin gələcək illərdə həm Avropa kubokları üçün iddialı ola, həm də çempionluq üçün yarışı bilər. 

“Eyüpspor” isə baş məşqçi fərqi ilə irəliləyir. Türk futbol tarixinin ən uğurlu futbolçularından biri olan Arda Turan baş məşqçilik karyerasına da çox yaxşı şəkildə başlayıb. Yeni bir Super Liqa komandasının üçüncülük iddiası ilə yarışdırmaq çox böyük uğurdur. Arda Turan da bu uğurun əsas memarıdır. Lakin "Eyüpspor"un da heyəti ilə bağlı problemlər var. 

Komandanın əsas hücumçusu Ahmet Kutucunun “Qalatasaray”a transfer olmasından sonra yeri doldurulmadı və hücumları zəiflədi. Bəlkə də buna görə mövsümü Avropaya gedəcək mövqedə bitirməyə bilərlər. Lakin son 6 turda Avropa mübarizəsi vermək belə onlar üçün çox böyük uğurdur. Ümumi olaraq isə həm “Göztepe”nin, həm də “Eyüpsor”un gələcəyinin çox parlaq olduğunu söyləmək lazımdır. 

-Necə düşünürsünüz, türk komandaları bu il nə üçün Avropada uğursuz oldular? 

-Əslində, Avropa Liqasının liqa mərhələsində “Tottenhem” istisna olmaqla, “Qalatasaray”ın güclü çox rəqibi yox idi. Lakin komanda Avropa Liqasını ilk 8 sıraya daxil ola bilmədi. Bu isə çox böyük uğursuzluq idi. Sonra isə “AZ Alkmaar”ı keçə bilmədilər. İlk matçda 4-1 kimi çox pis nəticə qeydə alındı, ikinci matçda da tarixi fərqi qapıçı Günay Güvenç əngəllədi. 

Türk komandalarının əsas hədəfinin Avropada üst turlara keçmək olduğunu düşünürəm. Həmçinin, Joze Mourinyo kimi iddialı baş məşqçisi olan “Fənərbağça” isə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Lill”i keçə bilmədi. Bu arada, “Qalatasaray”ın Çempionlar Liqasının “pley-off” mərhələsində keçə bilmədiyi “Yanq Boyz” da Çempionlar Liqasında 8 matçda 0 xalla sonuncu oldu. Bu da "Cim-Bom" üçün biabırçılıqdır. “Fənərbağça”nın Avropa Liqasının 1/8 final mərhələsində məğlub olduğu “Reyncers” isə özü səviyyəsində komanda deyildi. Orada da ilk matçlardakı səhvlər turun taleyini müəyyən etdi. Ümumilikdə isə “Fənərbağça” “Qalatasaray”a nisbətən yaxşı mübarizə apardı. Lakin bu iki komandanın Avropada son 16 klub arasında qalmadan vida etmələri uğursuzluqdur. Normalda belə böyük büdcəli komandalar hər il Avropada ən azından son 8 komanda arasında olmalıdırlar. 

“Beşiktaş”in isə heyəti zəif olsa da, ən azınan bir tur daha keçə bilərdi. Onlar da bu yerləri haqq etmirlər. Türk komandalarının bu mövsüm Avropadakı mübarizələrinin xəyal qırıqlığı olduğunu söyləmək yanlış olmaz. 

-Komandalardan fərqli olaraq Türkiyə yığması çox gözəl çıxış edir. Necə düşünürsünüz, Vinçenzo Montellanın rəhbərliyi altında illərdir xəyalı qurulan Dünya Çempionatına qatılmaq hədəfi reallaşa bilər?

-Montella çox çalışaraq türk futbol ictimaiyyətinə özünü qəbul etdirdi. O, baş məşqçi təyin olduğu gün bunu birmənalı qarşılamayanların sayı kifayət qədər çox idi. Onun yığmamızı çalışdıra biləcək təcrübədə olub-olmadığı da çox müzakirə olunurdu. 

Lakin millimiz həm Avropa Çempionatının seçmə mərhələsində gözəl performans sərgilədi, həm də Avropa Çempionatında 1/4 finala çıxdı. Həqiqətən də Vinçenzo Montella dönəmində Türkiyə milli komandası uğurludur. 

2002-ci ildə getdiyimiz və üçüncü olduğumuz Dünya Çempionatından sonra heç vaxt mundiala vəsiqə qazana bilməmişik. İnşallah ondan 24 il sonra yeni bir Dünya Çempionatı macərasına Montella ilə başlayarıq. Çünki əlimizdə çox dəyərli və hər mövqedə dünya səviyyəli futbolçular da var. Əgər Dünya Çempionatına qatıla bilsək, iz buraxacaq komandalardan biri ola bilərik. Bizi bu hədəfimizə Montellanın çatdıracağından isə şübhə etmirəm. 

-Sizcə, bu mövsümün ən yaxşı və ən pis transferi hansıdır? 

-Ən yaxşı təbii ki, “Qalatasaray”ın Viktor Osimhen transferidir. O, sadəcə bir mövsüm ərzində liqaya damğa vurdu. Osimhen “Qalatasaray” azarkeşlərinin və bütün idman ictimaiyyətinin simpatiya duyduğu futbolçu olmağı bacardı. Bu sualı yüz nəfərdən də soruşsaq, yəqin ki, hamı Osimhen cavabını verəcək. 

Ən pis sualına gəldikdə isə gözləntiləri qarşılamamaq cəhətdən yanaşaraq, “Beşiktaş”ın Ciro İmmobile transferini deyirəm. Çünki onun illik maaşı 10 milyon avrodan çoxdur. Bu pulu alan futbolçunun daha yaxşı performans göstərməsi gözlənilirdi. Lakin o, “Beşiktaş”da oynadılmayan futbolçuya çevrildi. İmmobile mövsümə çox yaxşı başlamasına rəğmən, davamını gətirə bilmədi və “Beşiktaş” azarkeşkərini xəyal qırıqlığı yaşatdı. Ona görə də ən pis transfer İmmobile sayılmala bilər. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Türk Söhbəti Volkan Demir Qalatasaray Fənərbağça Azərbaycan Türkiyə Super Liqa çempion müsahibə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Aprel 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see183

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see131

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see122

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see116

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see115

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see115

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see115

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see114

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see113

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see113

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see113

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see113

Maskın təklifi

08 İyun 2025 04:23see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see113

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri