Icma.az
close
up
RU
Zelenskini gözləyən son: Həbs, yoxsa qaçmaq? Türkiyəli ekspertlə MÜSAHİBƏ

Zelenskini gözləyən son: Həbs, yoxsa qaçmaq? Türkiyəli ekspertlə MÜSAHİBƏ

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“Cebheinfo.az” saytının “Türk Söhbəti” layihəsinin buhəftəki qonağı Kırıkkale Universitetinin Beynəlxalq Münasibətlər kafedrasının müəllimi, siyasi ekspert Merve Suna Özcandır. 

Onunla Rusiya-Ukrayna müharibəsinin hansı formada bitiriləcəyinə dair iddialar, habelə ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasındakı danışıqları müzakirə etdik. Həmçinin, ekspertlə Ukrayna Prezidenti Volodimir Zelenskinin gələcəyi barədə ehtimallar və Rusiyanın mümkün növbəti hədəfi haqqında danışdıq:

- Merve xanım, bu günlərdə dünyanın əsas gündəm mövzusu ABŞ və Rusiya nümayəndə heyətinin Səudiyyə Ərəbistanında Ukrayna müharibəsi ilə bağlı görüşüdür. Hazırda hər kəs bu savaşın necə bitəcəyini düşünür. Sizcə, Rusiya-Ukrayna müharibəsi necə başa çatacaq?

- Əslində, Donald Tramp ABŞ Prezidenti seçiləcəyi təqdirdə, Rusiya-Ukrayna müharibəsini 24 saat ərzində bitirməyi vəd etmişdi. Lakin hazırda bu müharibənin 24 saat ərzində bitməyəcək qədər xaotik və dərin bir vəziyyətə gəldiyini görürük. Amma buna baxmayaraq, Trampın bu məsələ ilə bağlı atdığı addımlar həqiqətən dünyanın diqqətini çəkdi. Bunun əsl səbəbi Ukrayna və Avropanın bir anda danışıqlardan kənarlaşdırılması oldu. 

Səudiyyə Ərəbistanında baş tutan görüşdə ABŞ və Rusiya nümayəndələri masaya oturdu. Müharibənin ən təməl aktoru olan, ərazilərində hələ də müharibənin getdiyi Ukrayna və onu dəstəkləyən Avropa ölkələri isə danışıqlarda iştirak etmir. Buna görə də ağıllara müharibənin Rusiyanın istədiyi şərtlərlə bitəcəyi ehtimalları gəlir. 

- Siz də müharibənin Rusiyanın şərtləri çərçivəsində bitəcəyini düşünürsünüz?

- Maraqlıdır ki, müharibənin Rusiyanın istədiyi kimi bitəcəyinə dair işartıları Donald Trampın açıqlamalarında görürük. Çünki o, müharibə reallığı baxımından Rusiyanın əsgər itirərək torpaq qazandığını dedi. Hətta Rusiyanın böyük ölkə olduğunu, Napoleonu və Hitleri məğlub etdiyini xatırlatdı. 

Bundan başqa, ABŞ Prezidenti Rusiyanın mülki şəxslərin ölməsini istəmədiyi və müharibəni bitirməyə çalışdığına dair mesajlar verdi. Məncə, bunlar pərdə arxasında Tramp və Putin arasında aparılan danışıqların təzahürü kimi qiymətləndirilməlidir. 

Üstəlik, Tramp prezident seçildikdən sonra ən çox vurğuladığı məsələlərdən biri Rusiya ilə danışıqların aparıldığı idi. Yəni biz səssiz diplomatiyanın arxa planda həyata keçdiyini Ər-Riyaddakı görüşdə də gördük. Lakin an etibarilə müharibənin necə bitəcəyini proqnozlaşdırmaq olduqca çətindir. 

- Rusiya ilə Ukrayna arasında hansısa formada sülh müqaviləsi imzalanarsa, ondan sonra nələr ola biləcəyi də maraq doğurur. Xüsusilə mövcud vəziyyətdə müharibənin bitirilmə ehtimalında Ukrayna xalqının bir qisminin Prezident Volodimir Zelenskiyə sərt təpki verəcəyi proqnozlaşdırılır. Hətta Zelenskinin həbs olunacağı və ya ölkədən qaçacağı kimi iddialar səsləndirilir. Bu iddialar barədə nələr deyə biləriniz?

- Ədalətli bir sülh müqaviləsinin imzalanıb-imzalanmayacağı sual altındadır. Mən tərəflər arasında sülh olmasını arzulayıram, ancaq reallıqları nəzərə alsaq, sülh müqaviləsinin imzalanması deyil, atəşkəsin əldə olunacağı gözlənilir. Bununla da münaqişənin dondurulması hədəflənir. Hətta dünyanın bir çox bölgəsində dondurulmuş münaqişələrin getdikcə artdığını görürük. Sanki artıq sülh müqavilələri işlək deyil. 

Ümumiyyətlə, müharibəyə görə Zelenskini ittiham edənlərin də sayı kifayət qədər çoxdur. Hətta Trampın da Zelenskiyə qarşı münasibəti müsbət deyil. O, seçki ərəfəsində də Ukrayna liderini “çox yaxşı tacir” adlandırıb və hər ABŞ-yə gələndə milyonlarla dollar pulla getdiyini demişdi. Yəni ilkin təəssüratlarını o zamandan vermişdi. Bu gün isə danışıqlar masasında Zelenskinin olmadığını görürük. 

- Zelenskinin hansı aqibətlərlə üzləşmə ehtimalı var?

- Düşünürəm ki, Ukraynanın təbii sərvətləri ilə bağlı məsələlərdə müəyyən problemlər olduğu üçün Tramp Zelenskiyə qarşı belə sərt ritorika sərgiləyir. Zelenskinin bir neçə ehtimalla qarşılaşması mümkündür. Birincisi, müharibəni başlatma və nəticələrindən məsuliyyət daşıdığı ittihamı ilə mühakimə olunma ehtimalıdır. Müharibə ilə bağlı biri hesab verməlidirsə, onun Volodimir Zelenski olduğuna dair ehtimallar gündəmə gələ bilər. İkincisi, Zelenskinin hansısa Avropa dövlətinə sığınma ehtimalıdır. Üçüncüsü isə bəlkə də ən az ehtimal olunan variant Zelenskinin də danışıqlara masasına dəvət olunmasıdır. 

- Hazırda Zelenskidən sonra Ukrayna Prezidenti olma ehtimalı ən yüksək şəxs kimdir?

- Hesab edirəm ki, Volodimir Zelenskini əvəz etmə ehtimalı ən yüksək olan namizədlərdən biri sabiq dövlət başçısı Petro Poroşenkodur. Onun da belə bir istəyi olduğu deyilir. Poroşenkonun daha əvvəl prezident olması və son zamanlarda da diqqət çəkməyə başlaması bu ehtimalı artırır. Həmçinin, Ukrayna Silahlı Qüvvələrinin sabiq komandanı Valeri Zalujnının da adı prezidentlik üçün hallanır. Bəlkə də həm Rusiyanın, həm də ABŞ-nin qəbul edəcəyi bir namizəd düşünəcəklər. 

- Bəzi mütəxəssislər bu müharibənin indiki gedişatı ilə bağlı Avropanın Ukraynanı satdığını düşünürlər. Siz də bu fikirdəsiniz?

- Xeyr, mən Avropa ölkələrinin Ukraynanı satdığını düşünmürəm. Avropa müharibənin başından bəri Ukraynaya açıq dəstək nümayiş etdirir. Lakin mən ABŞ-nin Ukraynanı satdığı qənaətindəyəm. Daha dəqiq desək, Tramp Zelenskini tək buraxdı. Yəni Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ Ukrayna və Avropadan üz döndərdi.

- Tarixən hansısa müharibə bitəndə dünyanın başqa yerlərində yeni savaşların başladığını görürük. Maraqlıdır, Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra harada yeni müharibə başlama ehtimalı var? Daha dəqiq desək, Rusiyanın Ukraynadan sonrakı hədəfinin hansı ölkə olacağını düşünürsünüz?

- Bəli, müharibələr mütəmadi şəkildə müxtəlif regionlara yayılır. Əslində, 2007-ci ildə Rusiya Prezidenti Vladimir Putin Münhen Təhlükəsizlik Konfransındakı çıxışı zamanı bunun təməlini qoydu. Orada Kreml rəhbəri təkqütblü ABŞ sisteminə qarşı meydan oxudu. Nəticədə, Rusiya 2008-ci ildə Gürcüstana, 2014-cü ildə isə Ukraynaya hücum etdi. 2022-ci ildə isə Ukrayna ilə müharibə başladı. 

Rusiya-Ukrayna müharibəsinin başa çatacağı isə inandırıcı deyil. Böyük ehtimalla, sülh müqaviləsi deyil, münaqişənin dondurulması barədə razılıq əldə olunacaq. Məncə, Rusiyanın növbəti hədəfi Ermənistan ola bilər. Son zamanlarda İrəvanla Moskva arasındakı münasibətlərin yaxşı olmadığı açıq şəkildə özünü göstərir. 

- Həmçinin, Rusiyanın Baltikyanı ölkələri də hədəf ala biləcəyi deyilir. Bu ehtimal reallaşacağı təqdirdə, Kreml hansı ölkəyə hücum əmri verə bilər?

- Bəli, Putinin hansısa Baltikyanı ölkələrə də hücum əmri vermə ehtimalı mümkündür. Xüsusilə ABŞ hərbçilərinin Baltikyanı ölkələrdən çıxarılması həmin dövlətlərin bu barədə narahatlığını daha da artıracaq. Düşünürəm ki, Rusiya bu istiqamətdə Moldovaya həmlə edə bilər. Lakin bunun hücum deyil, oradakı separatçılara dəstək formasında olacağını fərz edirəm. 

Bundan əlavə, Polşa da Rusiyadan çox çəkinir. Buna görə də son zamanlarda hərbi xərclərini artırıblar və diqqətli hərəkət edirlər. Konkret olaraq, Rusiya və Belarus istiqamətindən hücum olacağından qorxurlar. Lakin Rusiyanın Ukraynaa olduğu kimi, birbaşa Polşaya hücum edəcəyini zənn etmirəm. Sadəcə bölgədəki gərginlik yüksələ bilər. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Fevral 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri