Icma.az
close
up
RU
“Paşinyanın qarşısında 2 seçim var” Türkiyəli ekspertlə MÜSAHİBƏ

“Paşinyanın qarşısında 2 seçim var” Türkiyəli ekspertlə MÜSAHİBƏ

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

“Cebheinfo.az”-ın “Türk Söhbəti” layihəsinin buhəftəki qonağı təhlükəsizlik məsələləri üzrə analtik Hurşit Dingildir. 

Onunla dünya gündəmində olan məsələləri müzakirə etdik. ABŞ Prezidenti Donad Trampın İrana qarşı təhdidləri, onun Kanada və Qrelandiya ilə bağlı planları, Rusiya-Ukrayna müharibəsinin dayandırılması ətrafında danışıqlar, eləcə də Ermənistanın son addımları müzakirə olundu. 

- Hurşit bəy, son günlər ABŞ Prezidenti Donald Tramp İranı bombardımanla təhdid edir. Necə düşünürsünüz, ABŞ yaxın zamanda İranı vura bilər?

- Donald Tramp yenidən ABŞ Prezidenti seçildikdən sonra növbəti dəfə İrana qarşı maksimum təzyiq siyasəti həyata keçirməyə başladı. ABŞ İranı sanksiyalarla nüvə razılaşmasına məcbur etməyə çalışır, habelə hərbi təhdidlərlə də Tehran hakimiyyətini nüvə silahı ilə bağlı niyyətlərindən vaz keçməyə sövq etmək istəyir. 

Trampın bombardıman təhdidi də İrana yönəlik maksimum təzyiq siyasətinin nəticəsidir. Bu, Trampın birinci dönəmində də çox istifadə etdiyi bir metod idi. Məsələn, Qüds qüvvələrinin komandiri Qasım Süleymani və digər yüksək rütbəli şəxslərin öldürülməsi Trampın birici dönəmində olmuşdu. 

- Yəni ABŞ-nin indiki vəziyyətdə İrana qarşı hansı addımları atması mümkün görünür?

- İndiki vəziyyətdə Tramp İrana qarşı sanksiyaları və təzyiqi artırmaqla onu nüvə razılaşmasına qayıtmağa vadar etmək istəyir. Üstəlik, Donald Tramp yaxın tarixdə İranın ali dini lideri Əli Xameneyiyə ünvanladığı məktubda da təhdidkar üslubdan istifadə edib. ABŞ rəhbəri sözügedən məktubda İranın proksi qüvvələrinə qarşı həmlələrin ediləcəyini yazmışdı. Bunun ardından həmin proksi qüvvələrin bəzilərinə qarşı zərbələr də endirildi. 

Ötən ay ABŞ-nin Yəməndə husilələrə zərbələr endirməsi də buna nümunədir. Hazırda isə ABŞ-nin İrandakı bəzi nüvə obyektlərinə zərbə ehtimalı var. Bu ehtimallar hər gün artır. Rəsmi Tehran isə bu təhdidlərə qarşı hərbi təlimlər keçirərək ehtimal hücuma hazırlıqlı olmağa çalışır. Bundan başqa, İran da ABŞ-nin bölgədəki hərbi bazalarını vurmaqla təhdid edir. 

- Həmçinin, Trampın Qrelandiya və Kanada ilə bağlı da hədəfləri var. Bəs bu istiqamətdə hansısa toqquşma və ya müharibənin baş vermə ehtimalları var?

Əslində, Trampın Qrelandiya və Kanada ilə bağlı addımları geosiyasi konfiqrasiya baxımından başadüşüləndir. Çünki yeni yayımlanan ABŞ kəşfiyyat məlumatına əsasən, Çin ABŞ üçün 1 nömrəli təhdid elan olunub. Eyni zamanda, ABŞ-nin Müdafiə Nazirliyi tərəfindən də Çinə yönəlik müharibə ritorikasını müşahidə edirik. Yəni Çini özlərinə təhdid kimi görürlər. Buna görə Tramp da Çinlə ehtimal olunan hərbi və siyasi qarşıdurma hazırlıqları üçün bu istiqamətlərdə radikal addımlar atır. 

Düşünürəm ki, Çindən qaynaqlanan təhdidlər belə ani addımların atılmasını gündəmə gətirir. Bundan başqa, Tramp Qrelandiya və Kanadadan gələcək gəlirləri əlavə büdcə kimi görür. Adıçəkilən ölkələrin təbii sərvətləri və zənginliklərini sürətli şəkildə ələ keçirmək üçün Tramp administrasiyası hansısa həmlələr edə bilər. 

- Rusiya ilə Ukrayna müharibəsinin dayanması barədə danışıqlar hələ də öz nəticəsini verməyib. Sizcə, proses nə üçün bu qədər ləng gedir?

- Ümumiyyətlə, “supergüc” uğrunda rəqabət fonunda milli təhlükəsizlik və xarici siyasət baxımından 2017-ci ildən etibarən ABŞ Rusiya və Çinlə beynəlxaq səviyyədə mübarizə aparır. Bu mübarizə fonunda da Ukrayna müharibəsi önəmli cəbhələrdən biridir. Ukraynadakı müharibənin 3 ildən artıq müddətdir davam etməsi Rusiya və Çinin ABŞ-yə qarşı ittifaq qurmasının Vaşinqton üçün ciddi təhdidə çevrilməsin nəticəsidir. 

Yəni Ağ Ev “supergüc” rəqabəti çərçivəsində Rusiyanı Ukraynada məşğul etmək üçün müharibəni uzatmaq yolunu tutub. Bununla yanaşı, Çini də fərqli iqtisadi yollarla təcrid etmək üçün onu da, Tayvanı da məşğul etməyə fokuslanıb. Bu strategiya sayəsində də Ukraynadakı müharibə illərdir davam edir. 

- Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsindəki faydalı materiallarla bağlı ABŞ ilə imzalanması gözlənilən müqaviləni nə üçün hələ də imzalamır?

- Düşünürəm ki, Ukrayna ilə bağlı danışıqların sürətli şəkildə nəticələnməməsi və prosesin yavaş irəliləməsi buna səbəb ola bilər. Təbii sərvətləri ilə bağlı müqavilənin imzalanmaması Avropa ölkələrinin təzyiqi, davam edən bazarlıqlar və hansı güzəştlərin ola biləcəyi ilə bağlıdır. Hətta Ukraynanın lap əvvəldən İngiltərə ilə təbii sərvətləri ilə bağlı anlaşma imzaladığı belə iddia olunur. Bu vəziyyətdə isə ABŞ İngiltərə və Avropa ölkələri ilə münasibətlərini nəzərə almalıdır. 

- Rusiya Prezidenti Vladimir Putin israrla qısa müddət ərzində Ukraynada prezident seçkilərinin keçirilməsini tələb edir. Sizin fikrinizcə, Zelenskinin cari ildə bu addımı atması və Ukraynada prezident seçkilərinin keçirilmə ehtimalı nə dərəcədə realdır?

- Ukrayna Konstitusiyasına əsasən, 31 mart 2014-cü ildə ölkədə prezident seçkiləri keçirilməli idi. Fəqət Ukraynanın işğalı, müharibə və fövqəladə vəziyyətə görə seçkilər təxirə salınıb. Lakin Zelenskinin atəşkəsin əldə olunmasından sonra iyun ayında seçkilərin keçirilməsinə dair hazırlıqlara başalmaq barədə təlimat verdiyi iddia olunur. Həmçinin, ABŞ Prezidenti Donald Trampın Ağ Evdə Zelenski ilə yaşadığı gərginlikdən sonra Ukraynada prezident seçkilərinin keçirilməsi daha da əhəmiyyət qazanıb. 

Nəzərə almaq lazımdır ki, ABŞ Ukraynadakı müharibəyə görə Zelenskini və komandasını ittiham edir. Bununla yanaşı, Tramp administrasiyası sabiq prezident Co Bayden dönəmində Ukraynaya verilən yardımların Zelenski hakimiyyəti tərəfindən fərqli yollarla sui-istifadə edildiyini iddia edir. 

Bu cür müzakirələr də seçkilərə ciddi təsir edə bilər. Ancaq Zelenskinin başda İngiltərə olmaqla Avropa ölkələrinin dəstəyini almasının ona qarşı çevrilmə ehtimalı da var. Həm Trampın, həm də Putinin Ukraynada prezident seçkilərinin keçirilməsini dilə gətirməsi seçkilərin keçirilməsini sürətləndirə bilər. Lakin Avropa ölkələrinin narahatlığı və təzyiqlərinin də bu prosesə təsir etməsi mümkündür. 

- Zaman-zaman Türkiyənin də Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı aparılan danışıqlarda iştirak edə biləcəyi deyilir. Sizcə, Türkiyə bu prosesə daxil ola bilər?

- Türkiyə Ukrayna müharibəsinin başından bəri həm ABŞ, həm Avropa ölkələri, həm də Rusiya ilə münasibətlərini davam etdirib. Üstəlik, müharibə tərəflərinin hər biri ilə görüşən və münasibətlərini davam etdirən bir ölkə olaraq Türkiyə ilk mərhələdə “Taxıl sazişi”nin imzalanmasında əhəmiyyətli vasitəçi rolunu oynadı. Eyni zamanda, ölkəmiz kəşfiyyat rəhbərlərinin görüşlərinin keçirilməsi və əsir mübadiləsi cəhətdən etibarlı bir dövlət olaraq önplana çıxıb. Rusiya və ABŞ arasında uzun müddət sonra ilk təmasın İstanbulda olması da çox mühüm idi. Gələcəkdə “Taxıl sazişi”nin bərpası ilə bağlı da Türkiyənin aktiv rol oynaması gözlənilir. Bütün bunları nəzərə aldıqda, Türkiyənin Ukraynada sülhün əldə olunması ilə bağlı danışıqlarda rol ala biləcəyi ehtimalı yüksəkdir. 

- Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq istədiyini iddia edir, amma davamlı şəkildə silahlanır və təxribatlara əl atır. Ümumiyyətlə, İrəvan hakimiyyətinin əsl hədəfləri nədir? Rəsmi İrəvan sülh, yoxsa müharibə istəyir?

- Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yarandı. Ermənistan rəhbərliyi də bu reallıqların fərqinə vararaq mövcud geosiyasi konfiqurasiyaya uyğun addımlar atmalıdır. Ancaq rəsmi İrəvan sülh müqaviləsi imzalamaq əvəzinə, bu reallığı dəyişdirməyi düşünürək zaman qazanmaq üçün bəzi addımlar atır. 

Hazırda Ermənistanın Baş naziri Nikol Paşinyan qarşısında 2 seçim var. Birinci variant Ermənistanın regionun yeni reallıqlarını qəbul edən və ya iqtisadi cəhətdən inteqrasiya prosesində iştirak edən ölkə olma ehtimalıdır. İkinci isə bölgədən təcrid olunmuş və qonşuları ilə problem yaşayan bir Ermənistandır. Paşinyanın bu iki variant arasında qaldığı görünür. Düzdür, Ermənistan İran və Fransa kimi bəzi ölkələrin təzyiqi ilə mövcud reallıqlara qarşı yönəlməyə çalışır. Lakin buna baxmayaraq, İrəvan hakimiyyəti də bəzi həqiqətləri yavaş-yavaş dərk edir. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Aprel 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see282

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see277

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see271

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see266

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see259

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see259

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see256

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see245

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see244

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see231

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see230

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see228

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see225

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see224

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see223

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see210

Neft kəskin ucuzlaşdı

12 Sentyabr 2026 10:14see210

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see210

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see210

BOKT ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

12 Sentyabr 2026 12:20see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri