Icma.az
close
up
RU
Uşaqlar daha çox hansı valideyninə bənzəyir? Yeni ARAŞDIRMA

Uşaqlar daha çox hansı valideyninə bənzəyir? Yeni ARAŞDIRMA

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İndiyədək geniş yayılmış fikrə görə, hər bir insan genlərinin 50 faizini anadan, 50 faizini isə atadan miras alır. Lakin son elmi araşdırmalar bu təsəvvürə yenidən baxmağa əsas verir. 

Sfera.az Türkiyə mediyasına istinadən xəbər verir ki, yeni araşdırmalara əsasən, uşaqlar genetik baxımdan atalarına daha çox bənzəyə bilərlər.

İnsan orqanizmində ümumilikdə 22 cüt autosom (cinsi olmayan xromosom) və 2 cinsi xromosom mövcuddur. Hər bir cüt xromosomun biri anadan, digəri isə atadan gəlir. Cinsi xromosomlar isə uşağın cinsini təyin edir və bu prosesdə əsas rol ataya məxsusdur. Məhz atadan gələn X və ya Y xromosomu körpənin qız və ya oğlan olmasına qərar verir.

Uşağın hansı valideynə daha çox bənzəməsi isə dominant və resessiv genlərin qarşılıqlı təsirindən asılıdır. Məsələn, qəhvəyi göz rəngi dominant, mavi və ya yaşıl göz rəngi isə resessiv xüsusiyyət sayılır. Bu səbəbdən, əgər ananın gözləri qəhvəyi, atanın isə mavidirsə, uşağın gözlərinin qəhvəyi olması ehtimalı daha yüksəkdir.

Lakin son elmi tədqiqatlar göstərir ki, məməlilər, o cümlədən insanlar genetik mutasiyalar zamanı atadan daha çox genetik material alır. Tədqiqatın aparıcı müəlliflərindən biri olan Ceyms Krouli qeyd edir ki, yüzlərlə gendə “ata üstünlüyü” müşahidə olunub. Bu genlərdə atadan gələn genetik məlumat daha aktiv ifadə olunur.

Hərçənd bu proses hələlik insanlarda tam şəkildə təsdiqlənməyib, alimlər tapıntını insan genetikasında yeni bir dövrün başlanğıcı kimi qiymətləndirirlər.

Maraqlı məqamlardan biri də odur ki, bu genetik üstünlük sağlamlıq baxımından da özünü göstərə bilər. Araşdırmanın digər həmmüəllifi Pardo-Manuel de Villena bildirir ki, eyni mutasiya anadan və ya atadan qalsa da, nəticələri fərqli ola bilər. Bu da o deməkdir ki, atadan gələn genetik xəstəliklərə qarşı diqqətli olmaq daha önəmlidir.

Atanın sağlamlıq vəziyyəti və genetik xəstəlikləri, uşağın gələcəkdə üzləşə biləcəyi sağlamlıq problemlərini proqnozlaşdırmaq baxımından böyük əhəmiyyət daşıyır. Yeni elmi nəticələr uşaqların təkcə görünüş deyil, həm də genetika baxımından atalarına daha çox bənzədiyini göstərir.

Fidan Hacızadə
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://sfera.az
archiveBu xəbər 15 May 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri