Icma.az
close
up
RU
Hansı daha faydalıdır: Balqabaq, yoxsa çia toxumu?

Hansı daha faydalıdır: Balqabaq, yoxsa çia toxumu?

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Balqabaq tumu və çia toxumu hər ikisi superqida hesab olunur və orqanizm üçün çoxsaylı faydalar təqdim edir. 

Qaybnarinfo xəbər verir ki, qidalanma üzrə mütəxəssislər bu iki məhsulun üstünlüklərini və onları rasiona necə daxil etməyin daha düzgün olduğunu izah ediblər.

Balqabaq tumu və çia toxumu: hansını seçməli?

Diyetoloq Melissa Mroz-Planells bildirir ki, hər iki məhsul çox faydalıdır və bir-birini yaxşı tamamlayır. Onları həmçinin bitki əsaslı qidalanmaya asanlıqla əlavə etmək mümkündür.

Onun sözlərinə görə, lif qəbulunu artırmaq üçün çia toxumu xüsusilə faydalıdır. Sümük sağlamlığı üçün isə kalsium baxımından zəngin olan çia toxumuna üstünlük vermək tövsiyə olunur. Əgər məqsəd daha çox zülal və toxluq hissidirsə, balqabaq tumu daha uyğun seçim ola bilər.

Balqabaq tumunun faydaları

Balqabaq tumu bir sıra sağlamlıq faydaları ilə seçilir:

1. Ürək üçün faydalı yağlar

Tərkibində omeqa-3 və omeqa-6 kimi doymamış yağ turşuları olan balqabaq tumu "pis” xolesterini (LDL) azaldır, "yaxşı” xolesterini (HDL) isə artırmağa kömək edir. Bu, qan təzyiqinin tənzimlənməsinə də müsbət təsir göstərir.

2. Zülal və minerallar

Balqabaq tumu bütün vacib amin turşularını ehtiva edən tam zülal mənbəyidir. O, maqnezium, fosfor və dəmir baxımından zəngindir. Maqnezium sinir sisteminin fəaliyyətini dəstəkləyir, sink isə immunitet və dəri sağlamlığı üçün vacibdir.

3. İltihab əleyhinə xüsusiyyətlər

Bu tumlar antioksidantlarla, o cümlədən E vitamini ilə zəngindir və orqanizmdə iltihabı azaltmağa kömək edir.

Mütəxəssislər qeyd edirlər ki, porsiya ölçüsünə diqqət yetirmək vacibdir, çünki hər iki məhsul kalorili hesab olunur. Təxminən 30 qram balqabaq tumunda 125 kalori, eyni miqdarda çia toxumunda isə 138 kalori var.

Balqabaq tumunu necə istifadə etməli?

Diyetoloqlar onu səhər yeməyi sıyığına əlavə etməyi, həmçinin salat, yoqurt, şorba, qranola və digər yeməklərin üzərinə səpməyi tövsiyə edirlər.

Çia toxumunun faydaları


1. Zülal və minerallar

Çia toxumu fosfor, selen, manqan kimi minerallarla zəngindir və maddələr mübadiləsini dəstəkləyir. Kalsium və maqnezium sümüklərin sağlamlığı üçün vacibdir, dəmir və sink isə enerji və immun sistem üçün əhəmiyyətlidir.

2. Bağırsaq sağlamlığı

Çia toxumu həm həll olunan, həm də həll olunmayan liflərlə zəngindir və bu, bağırsaq fəaliyyətini yaxşılaşdırır. Suda şişərək gelvari konsistensiya əmələ gətirir.

3. Faydalı yağlar

Çia toxumu omeqa-3 yağ turşularının yaxşı mənbəyidir. Cəmi bir xörək qaşığı gündəlik ehtiyacın böyük hissəsini təmin edə bilər.

Çia toxumunu necə istifadə etməli?

Çia toxumu yeməklərdə yumurtanı əvəz edə bilər. Onu su ilə qarışdırıb jel halına gətirmək mümkündür. Həmçinin sıyıq, desert və smuzilərə əlavə edilə bilər, bu da qidanın qida dəyərini artırır.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:280
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 Mart 2026 22:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see369

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see285

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see274

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see261

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see259

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see245

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see241

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see236

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see236

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see232

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see232

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see224

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see224

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see223

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see212

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see211

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see209

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see202

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see200

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri