Hansı halda vərəsələrin bank qarşısında öhdəliyi yoxdur? Hüquqşünasdan açıqlama
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Vərəsəlik yalnız əmlakın və hüquqların ötürülməsi deyil, bəzi hallarda mərhumun borcları ilə bağlı məsuliyyət məsələsini də gündəmə gətirir. Bəs vərəsələr mərhumun bank qarşısında kredit öhdəliklərinə görə məsuliyyət daşıyır? Hansı hallarda vərəsələr mərhumun bank qarşısındakı kredit öhdəliklərinə görə məsuliyyət daşımır?
Moderator.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, vəfat etmiş şəxsin daşınar və ya daşınmaz əmlakını qəbul edən vərəsələr, eyni zamanda mərhumun öhdəliklərini, o cümlədən bank qarşısındakı kredit borclarını da qəbul etmiş hesab olunurlar:
“Notariat ofisi vərəsələrə miras paylarına uyğun öhdəliklər barədə məlumat verir və onlar mütənasib şəkildə məsuliyyət daşıyırlar. Beləliklə, mirası qəbul edən vərəsələr bank qarşısında kredit borclarının ödənilməsinə cavabdehdirlər . Vərəsələr mərhumun kredit öhdəliklərinə görə yalnız mirası qəbul etdikdə məsuliyyət daşıyırlar. Əgər vərəsələr mirası qəbul etmirsə, yəni notariat vasitəsilə vərəsəlik işinə müraciət etməyib mirasdan imtina ediblərsə, onlar mərhumun bank qarşısında kredit öhdəliklərinə görə məsuliyyət daşımırlar. Bu halda öhdəliklər yalnız mərhumun əmlakı hesabına yerinə yetirilir, vərəsələrin şəxsi əmlakı bu borclar üçün risk altında deyil”.
Mehin Mehmanqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 10 Yanvar 2026 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















