Icma.az
close
up
RU
Hansı hallarda ağır tonajlı avtomobil sürücüləri CƏRİMƏLƏNƏ BİLƏR? RƏSMİ AÇIQLAMA VİDEO

Hansı hallarda ağır tonajlı avtomobil sürücüləri CƏRİMƏLƏNƏ BİLƏR? RƏSMİ AÇIQLAMA VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yük maşınlarının yollara vurduğu zərərin azaldılması həm yol infrastrukturu, həm də ətraf mühit baxımından böyük əhəmiyyət kəsb edir. Ağır tonajlı yük maşınlarının yaratdığı aşınma asfaltın və digər yolda olan materialların sürətli şəkildə köhnəlməsinə səbəb olur. Azərbaycan dövləti, yükdaşımalara nəzarət edən aidiyyəti qurumlar avtomobil yollarında təhlükəsizliyi təmin etmək, eləcə də yol infrastrukturunu qorumaq məqsədilə iri qabaritli nəqliyyat vasitələri ilə yük daşımaqla bağlı müəyyən qaydalar tərtib edib.

Belə ki, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla (eni üzrə 0,15 metr və daha artıq, uzunluğu üzrə 0,20 metr və daha artıq, hündürlüyü üzrə 0,20 metr və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər 200 manat məbləğində cərimə nəzərdə tutulur.

Bununla yanaşı, belə nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5% və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər 600 manat məbləğində cərimələnir.
Avtosfer.az xəbər verir ki, bütün qadağalara, xəbərdarlıqlara və cərimələrə baxmayaraq, hələ də bəzi sürücülər bir neçə dövriyyəlik yükü daha az dövriyyə ilə daşımaq, vaxta və benzinə qənaət məqsədilə nəqliyyat vasitələrini qanunda icazə veriləndən artıq yükləməyə davam edirlər. Nəticədə, cərimə olunduqları zaman müxtəlif bəhanələrlə cərimədən yayınmağa cahd edirlər. Hətta dövlətin yollarda tərtib etdiyi electron tərəzi məntəqələrinin çəkini düzgün ölçmədiyini iddia edənlərlə də rastlaşmaq mümkündür.

Mövzunu daha dərin araşdırmaq və sürücülər üçün qaranlıq qalan məsələlərə aydınlıq gətirmək üçün Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təşkil edilən Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzində olub. Burada Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Yük daşımaları departamentinin rəhbəri Sübhan Əbilov mərkəzin iş rejimi və yükdaşımalarla bağlı qaydalara necə nəzarət edilməsi ilə bağlı məlumat verib. Sübhan Əbilov deyib ki, hazırda 4 nöqtə və 6 elektron tərəzidən mərkəzə real vaxtda məlumatlar daxil olur:

“Mərkəzdə real vaxt ərzində məlumat daxil olan tərəzilərə 24 saat nəzarət edilir və hər bir məlumat analiz olunur. İriqabaritli, ağırçəkili nəqliyyat vasitələrinin hərəkəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 104 nömrəli Qərarı ilə müəyyənləşir. Nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi, eyni zamanda hər bir oxuna düşən yükün norması qeyd edilən qərarla tələblərinə əsasən müəyyən olunur. Yükgöndərənlər, daşıyıcılar və sürücülər həmin normalara riayət etməlidirlər. Əks halda, barələrində inzibati tənbeh tədbiri həyata keçirilir. Bu cür fəaliyyət zamanı yükgöndərənlərin üzərinə böyük məsuliyyət düşür. Yük normalarına riayət etməlidirlər ki, sürücülər inzibati tənbeh tədbirinə məruz qalmasınlar”.

Departament rəhbəri həmçinin qeyd edib ki, nəqliyyat vasitələrinin texniki xarakteristikasından, növündən asılı olaraq normalarla qəbul edilən yük miqdarı dəyişə bilir:

“Bütün yüklər üzrə nəqliyyat vasitələrinin maksimal en ölçüsü 2.55 metr, refrijerator avtomobillərində 2.60 metr, hündürlük 4 metr, yük nəqliyyat vasitələrində is, yəni sadə dildə desək, “KamAZ”, “Shacman” və digər bu tipli qoşqusuz nəqliyyat vasitələrində uzunluq 12 metr, dartıcı, qoşu və yarım-qoşqudan ibarət birləşdirilmiş nəqliyyat vasitələri üçün isə 20 metr ümumi uzunluq müəyyən edilmişdir. Yüklə birlikdə ümumi çəki isə, əlbəttə, nəqliyyat vasitəsinin oxunun sayına görə dəyişir. Avtomobilin yüklə birlikdə ümumi uzunluğu 20 metri keçəcəyi halda icazə alması mütləqdir. Icazəni aldıqdan sonra hansısa məhdudiyyətə, cəriməyə məruz qalmadan daşımanı həyata keçirə bilər”.

Sübhan Əbilov sonda onu da qeyd edib ki, qanunda nəzərdə tutulan hallara zidd yükdaşımalar həyata keçirən sürücülər daha çox Azərbaycan vətəndaşlarıdır. Son 3 ayda 1 nəfər də olsun xarici vətəndaş Azərbaycan yollarında yükdaşıma qaydalarını pozmayıb.

Elməddin Muradlının Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzində Sübhan Əbilovla olan müsahibəsini sizə təqdim edirik:

Səfər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 Fevral 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri