Icma.az
close
up
RU
Hansı hallarda bəraət hökmü çıxarılır? Hakimdən açıqlama

Hansı hallarda bəraət hökmü çıxarılır? Hakimdən açıqlama

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Murad Aslanov bəraət hökmünün hansı hallarda çıxarıldığını və bu anlayışın şərti məhkumetmədən fərqini izah edib.

"Cebheinfo.az" xəbər verir ki, hakimin sözlərinə görə, bəraət hökmü şəxsin təqsirinin sübuta yetirilmədiyi hallarda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinə əsasən, bəraət hökmü aşağıdakı hallarda verilə bilər:

- cinayət hadisəsi olmadıqda;
- şəxsin əməlində cinayət tərkibi olmadıqda;
- şəxsin cinayətin törədilməsinə aidiyyəti müəyyən edilmədikdə;
- şəxsin təqsirliliyi sübuta yetirilmədikdə.

M. Aslanov bildirib ki, bu əsaslardan hər hansı biri mövcud olduqda şəxs təqsirsiz hesab edilir.

Hakim nümunə kimi qeyd edib ki, şəxs oğurluq cinayətində ittiham olunsa da, məhkəmə araşdırması zamanı onun həmin hadisə ilə əlaqəsinin olmadığı müəyyən edilərsə, məhkəmə bəraət hökmü çıxarmalıdır.

M. Aslanov vurğulayıb ki, məhkəmənin vəzifəsi istintaq orqanlarının gəldiyi nəticələri avtomatik təsdiqləmək deyil. Onun sözlərinə görə, məhkəmə təqdim olunan bütün sübutları müstəqil şəkildə araşdırır, onların qanuna uyğun əldə olunub-olunmadığını və etibarlılığını yoxlayır, yalnız bundan sonra yekun qərar qəbul edir.

Hakim bildirib ki, bəzi hallarda məhkəmə araşdırması zamanı məhkəməyədək icraat mərhələsində qanun pozuntularına yol verildiyi, şəxslərin hüquqlarının pozulduğu və ya prosessual tələblərə lazımi qaydada əməl olunmadığı müəyyən edilir. 

Belə hallarda məhkəmə yalnız iş üzrə qərar verməklə kifayətlənmir, zəruri hesab etdikdə həmin pozuntuların səbəblərinin araşdırılması və gələcəkdə təkrarlanmaması məqsədilə məsul şəxslər barəsində tədbir görülməsi üçün xüsusi qərar da çıxara bilər.

Hakim qeyd edib ki, cəmiyyətdə bəzən şərti məhkumetmə ilə bəraət hökmü eyni anlayış kimi qəbul edilir. Halbuki, bunlar hüquqi baxımdan tamamilə fərqli institutlardır.

Onun sözlərinə görə, şərti məhkumetmə zamanı şəxs təqsirli hesab olunur və ona cəza təyin edilir. Sadəcə, həmin cəzanın icrası müəyyən edilmiş sınaq müddəti ilə əlaqələndirilir. Bəraət hökmü zamanı isə məhkəmə şəxsin həmin cinayəti törətmədiyi və ya təqsirinin sübuta yetirilmədiyi qənaətinə gəlir. Bu halda şəxs tam şəkildə təqsirsiz hesab olunur.

Hakim əlavə edib ki, qanunvericilik bəraət hökmündə şəxsin təqsirsizliyini şübhə altına ala biləcək hər hansı ifadədən istifadə olunmasını da qadağan edir. 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 İyun 2026 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri