Icma.az
close
up
RU
Hansı hallarda ƏDV geri qaytarılmır? AYDINLIQ GƏTİRİLDİ

Hansı hallarda ƏDV geri qaytarılmır? AYDINLIQ GƏTİRİLDİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"ƏDV-lərin qaytarılması "ƏDV geri al" layihəsidir. Bu layihə 2020-ci ildən həyata keçirilməyə başlayıb. Məqsəd isə nağdsız əməliyyatların stimullaşdırılmasıdır. Yəni dolayısı ilə istehlakçılarda, vətəndaşlarımızda ölkədə gedən iqtisadi proseslərdə şəffaflaşdırılmanın həyata keçirilməsində iştirakçılıqları təmin edilir. Yəni onlar istehlak etdiyi mallara görə, ödədiyi pulun bir qismini geri alması stimullaşdırıcı bir hal kimi, daha çox maraqlı olacaqlar. Bu da ödədiyi pullara görə əvəzində nəzarət kassa aparatından çekləri əldə etsinlər". Bu sözləri SİA-ya açıqlamasında Bakı Hesabat Mərkəzinin rəhbəri Mehdi Babayev deyib.

Onun sözlərinə görə, bu xüsusi bir qaydalarla tənzimlənir: "Həmçinin bu barədə Cənab Prezidentin fərmanı var. Həmin fərmanda fiziki şəxs olan istehlakçılar tərəfindən ticarət, tibb fəaliyyəti göstərən müəssisələr, hətta Qarabağda işğaldan azad olunmuş ərazilərdə də ayrıca xüsusi bir hal kimi yerləşmə vasitələri hesab olunan mehmanxanalarda göstərilən xidmətlərə görə, ödənilmiş ƏDV-nin geri qaytarılması ilə bağlı qaydalar təsdiq edilib. Burada açıq-aydın həmin əlavə dəyər vergisinin qaytarılma qaydaları müəyyən olunub. Həmçinin istehlakçıların qeydiyyata alınması, ƏDV-nin geri qaytarılması prosedurları var. Ümumi olaraq deyə bilərəm ki, nəzarət kassa aparatı çeki aldığı tarixdən, istehlakçı ödəniş edib nəzarət kassa aparatından çeki əldə etdikdən sonra həmin andan 90 gün müddətində xüsusi portala əlavə etməlidir.

Məlumatlar nə vaxt daxil edilsə, həmin gündən 30 gün müddətində vəsaitin geri qaytarılması təmin olunur".

Həmçinin Mehdi Babayev qeyd edir ki, elə hallar ola bilər ki, hətta ödədikləri vəsaitlərə görə əldə etdiyi çeklərlə əlavə dəyər vergisi geri əldə edə bilməsin: "Bu hansı hallarda baş verə bilər?

Məsələn, alış üçün müraciət etdiyi mağaza sadələşdirilmiş vergi ödəyicisi ola bilər, yəni ƏDV ödəyici ola bilməz. Belə çıxır ki, "ƏDV geri al" kampaniyasından yararlanmaq üçün, ƏDV ödəyici olan mağazadan, ictimai iaşə obyektindən istifadə olunmalıdır. Əgər olmazsa, təbii ki bu yararlana bilməyəcək. Məlumdur ki, ən böyük mağazalarımız hamısı ƏDV ödəyicisidir.

Digər bir hal kimi əldə etdiyi çek Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Nəzarət kassa aparat çekinin üzərində məlumatların siyahısı var. Həmin siyahıya uyğun çek olmalıdır, yəni başqa bir texniki avadanlıqdan çıxarılan çeklə "ƏDV geri al" kompaniyasından istifadə edə bilməyəcək.

Daha sonra daha bir negativ hal olur. Vətəndaş bəzən istehlak etdiyi malın, xidmətin əvəzini "kartdan karta" edərək satıcının fərdi kart hesabına ödəyir. Bu halda o "ƏDV geri al" kompaniyasından istifadə edə bilməyəcək".

Həmçinin onun sözlərinə görə, digər tərəfdən elə mallarımız var ki, həmin mallar öz təyinatına görə əlavə dəyər vergisindən azaddır yaxud da çox kiçik bir məbləğdə ƏDV-yə cəlb olunur: "Buna misal olaraq ən çox istifadə etdiyimiz bəzi kənd təsərrüfatı məhsullarıdır. Xüsusi ƏDV-dən azad olan malların istehlakı zamanı istehlakçı ƏDV-dən yararlana bilməyəcək. Çünki o ƏDV ödəmiş olmayacaq. ƏDV ödəmədiyinə görə də, əlavə dəyər vergisinin bir hissəsini geri almaq imkanı olmayacaq.

Qeyd edim ki, əlavə dəyər vergisinin qaytarılan məbləğ hissəsi nağdsız qayda ödənildiyini halda ödədiyi ƏDV-nin 15-17 faizi, amma nağd şəkildə ödənilmiş, ödənişin tərkibindəki ƏDV-nin 5 faizi istehlakçıya geri qaytarılır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Aprel 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri