Icma.az
close
up
RU
Mağazalarda hazırlanan şirniyyatların hansı özəllikləri var? AYDINLIQ GƏTİRİLDİ

Mağazalarda hazırlanan şirniyyatların hansı özəllikləri var? AYDINLIQ GƏTİRİLDİ

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Şirniyyat mağazalarında təqdim olunan məhsullar həm görünüş, həm də dad baxımından ev şəraitində hazırlanan şirniyyatlardan xeyli fərqlənir. Eyni reseptlə evdə hazırlansa belə, eyni nəticəni əldə etmək çox zaman mümkün olmur. Bu fərqliliyin yaranmasının bir neçə əsas səbəbi vardır". Bu sözləri SİA-ya açıqlamasında sağlam qida təbliğatçısı Asim Vəliyev deyib.

Onun sözlərinə görə, əvvəla, peşəkar avadanlıq amili nəzərə alınmalıdır: "Şirniyyat mağazalarında istifadə olunan soba, mikser, soyuducu və digər cihazlar daha dəqiq temperatur və qarışdırma imkanları təqdim edir. Məsələn, sənaye tipli sobalarda istilik bərabər və stabil şəkildə yayılır ki, bu da məhsulun həm bərabər bişməsini, həm də düzgün tekstura və rəng almasını təmin edir.

İkinci mühüm səbəb isə ixtisaslaşmış texnoloji bilik və təcrübədir. Peşəkar şirniyyatçılar məhsulların konsistensiyası, şəkərin karamelizə olunma dərəcəsi, unun tipi və digər incə detallar üzərində çalışaraq keyfiyyəti artırırlar. Bu cür incəliklər ev şəraitində çox zaman nəzərə alınmır və nəticə istənilən kimi olmur.

Digər mühüm fərq isə əlavə maddələrin istifadəsi ilə bağlıdır. Şirniyyat istehsalında bəzi hallarda məhsulun rəngini, dadını və saxlanma müddətini yaxşılaşdırmaq üçün müxtəlif kimyəvi və texnoloji əlavələrdən istifadə olunur. Emulqatorlar yağ və su kimi qarışmayan maddələrin homogen qarışmasını təmin edir. Stabilizatorlar məhsulun formasını və quruluşunu qoruyur. Dadlandırıcılar və ətirvericilər şirniyyatlara xüsusi aroma və dad qatır. Rəngləndiricilər məhsulların daha cəlbedici görünməsi üçün istifadə olunur. Bəziləri təbii, bəziləri isə süni mənşəlidir. Saxlama müddətini artıran konservantlar məhsulun xarab olma vaxtını gecikdirir".

Asim Vəliyev qeyd edir ki, bu maddələr normativ sənədlərə əsasən müəyyən hədlər daxilində istifadəyə icazəlidir və onların sağlamlığa zərər verməməsi üçün ciddi nəzarət mexanizmləri tətbiq olunur: "Lakin ev şəraitində bu maddələrdən istifadə olunmadığı üçün həm dad, həm də görünüş fərqli alınır.
Şirniyyat mağazalarında bişirilən məhsullarla evdə hazırlanan şirniyyatlar arasında fərqlilik həm texniki imkanlar, həm də istifadə olunan maddələrdən irəli gəlir. İstehlakçılar bu fərqliliyi nəzərə almalı və tərkibə diqqətlə yanaşmalıdırlar. Eyni zamanda ev şəraitində təbii məhsullardan istifadə etməklə daha sağlam seçimlər hazırlamaq mümkündür".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 May 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri