Icma.az
close
up
RU
Hansı hallarda tutulan oruc qəbul edilə bilməz? AÇIQLAMA

Hansı hallarda tutulan oruc qəbul edilə bilməz? AÇIQLAMA

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bu barədə dəqiq hökm vermək yalnız Allaha məxsusdur. Orucun qəbul olunması üçün təkcə zahiri olaraq ac-susuz qalmaq kifayət etmir, bəzi şəxslərin orucu din baxımından caiz sayılmır. Bu məsələyə dair əsas məqamlar bunlardır:
İmanda şübhəsi olanlar və ya ateistlər: İslam inancına görə, ibadətlərin qəbul olunması üçün iman əsas şərtdir. Allahı və dini inkar edən şəxslərin ibadətləri, o cümlədən orucu qəbul olunmur.
Niyyət etməyənlər: Oruc təkcə aclıq deyil, Allah üçün edilən bir ibadətdir. Əgər bir insan sırf sağlamlıq, vərdiş və ya başqa dünyəvi səbəblərlə oruc tutursa və niyyət etmirsə, bu ibadət sayılmaz".
Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib. 
O bildirib ki, İslamda Allaha şərik qoşmaq (şirk) ən böyük günahdır:
"Əgər bir şəxs Allaha ibadət edərkən Onunla yanaşı başqa varlıqlara da tapınırsa, etdiyi ibadətlər, o cümlədən oruc, qəbul olunmur.
Orucu bilərəkdən pozub davam etdirənlər: Əgər bir şəxs bilərəkdən yeyib-içərək və ya cinsi əlaqəyə girərək orucu pozur, sonra heç bir kəffarə ödəmədən və tövbə etmədən oruca davam edirsə, bu halda onun orucu qəbul olunmaz.
Münafiqlər: İslamda münafiqlər, yəni zahirən müsəlman görünüb daxilən inkar edənlər, ən təhlükəli qruplardan sayılır. Onların etdiyi ibadətlər səmimi niyyət olmadığı üçün qəbul olunmaz.
İslamı inkar edərək başqa dinin qaydalarına uyğun oruc tutanlar: Məsələn, bir şəxs İslamın orucunu deyil, sırf başqa bir dinin rituallarına əsasən oruc tutursa, bu, İslamda ibadət sayılmır".
Onun sözlərinə görə orucun qəbul olunması üçün iman, niyyət və ixlas əsas şərtlərdir:
"Kim orucu bu şərtlərə riayət edərək tutursa, onun orucu Allah qatında qəbul olunar. Bu dediklərimiz islam mənbələrə əsaslanır. O ki, qaldı kimsə səmimi inanaraq, savabını və mükafatını Allahdan istəyərək, ümid edərək ki, Allah onun orucunu qəbul edəcək, səmimi yaxşı niyyətlə orucunu tutarsa ola bilər ki, Allah onun orucunu qəbul edər. Həm də qüdsi  hədislərdə gəlib ki, Allah deyir ki, qulun bütün əməlləri özünə aiddir, ancaq oruc mənə aiddir və mükafatını mən verəcəm.  Bir sözlə bu məsələdə Allahla səmimi olmaq əsas şərtdir".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 Mart 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri