Icma.az
close
up
RU
Antibiotiklər uşaqlarda hansı hallarda qadağandır? AÇIQLAMA

Antibiotiklər uşaqlarda hansı hallarda qadağandır? AÇIQLAMA

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Antibiotiklər tibbin ən böyük nailiyyətlərindən biri sayılsa da, onlardan düzgün istifadə edilməməsi, xüsusilə uşaqlarda ciddi problemlərə yol aça bilər.

Milli.Az xəbər verir ki, bu barədə pediatr Aynur Adıgözəlova "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" verilişində danışıb.

Həkimin sözlərinə görə, bəzi valideynlər uşağın tez sağalacağını düşünərək ilkin xəstəlik əlamətlərində həkimə müraciət etmədən antibiotik verməyə üstünlük verirlər. Bu yanaşma isə ən ciddi problemlərdən biri olan antibiotiklərə qarşı davamlılığın yaranmasına səbəb olur. Lazımsız və ya düzgün dozada istifadə edilməyən antibiotiklər bakteriyaların həmin dərmanlara uyğunlaşmasına gətirib çıxarır və gələcəkdə real ehtiyac yarandıqda müalicə effekt vermir. Bundan əlavə, bəzi uşaqlarda antibiotiklər güclü allergik reaksiyalar törədə bildiyi üçün istifadə edilə bilən dərmanların sayı da məhdudlaşır.

Aynur Adıgözəlova qeyd edib ki, allergiya sadə dəri səpkilərindən tutmuş, həyati təhlükə yaradan anafilaktik reaksiyalara qədər fərqli formalarda özünü göstərə bilər. Buna görə də tibbi personal antibiotik təyin etməzdən əvvəl mütləq sınaq aparır və reaksiya aşkarlanarsa həmin preparatın istifadəsi qadağan edilir. Valideynlərin isə bu qaydalara bəzən əməl etmədiyi vurğulanıb.

Pediatr xatırladıb ki, antibiotiklər virus mənşəli xəstəliklərdə təsirsizdir. Soyuqdəymə, qrip, öskürək kimi hallar əksər vaxt viruslarla əlaqəli olur və bu zaman antibiotik istifadəsi nə sağalma müddətini qısaldır, nə də müalicəyə fayda verir. Əksinə, uşağın orqanizmi əlavə dərman yükü ilə üzləşir.

Mütəxəssis həmçinin antibiotiklərin immun sisteminə mənfi təsirindən danışıb. Onun sözlərinə görə, bu dərmanlar faydalı və zərərli bakteriyaları ayırd edə bilmədiyi üçün bağırsaq mikroflorasına ciddi zərər vurur. Nəticədə disbakterioz, ishal, qarın ağrısı, köp və həzm pozğunluqları yarana bilər və bağırsaq florasının bərpası uzun müddət tələb edə bilər.

Aynur Adıgözəlova bildirib ki, bakterial infeksiyalar zamanı orqanizmin immun sistemi maksimum səviyyədə işləyir və bu da uşaqda halsızlıq, yorğunluq, yuxu pozuntuları və əhvalın düşməsi kimi hallar yaradır. Valideynlər isə çox vaxt bu əlamətləri dərmanların fəsadı kimi qiymətləndirərək əlavə müalicəyə ehtiyac olduğunu düşünürlər. Halbuki əksər hallarda xəstəlik ağırlaşmadan keçdikdən sonra düzgün qidalanma, kifayət qədər maye qəbulu və normal yuxu rejimi uşağın tədricən bərpası üçün kifayət edir.

Asya
Milli.Az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:256
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 Yanvar 2026 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see447

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see389

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see348

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see301

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see298

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see289

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see267

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see265

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see259

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see251

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see248

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see244

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see236

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see227

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see220

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see215

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see206

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see202

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see195

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri