Icma.az
close
up
RU
Hansı insanlar mədə xərçənginin risk qrupu altındadır?

Hansı insanlar mədə xərçənginin risk qrupu altındadır?

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Son illər bütün dünyada ən geniş yayılmış xəstəliklərdən biri də xərçəngdir.

Bu xəstəliyin müxtəlif növləri var ki, insanlardan onlardan əziyyət çəkir. Hətta xəstəlik bir çox hallarda ölümlə nəticələnir. Azərbaycanda da xərçəng, son illər ən çox yayılmış xəstəliklər sırasındadır. 

Bir çox xəstələr ölkəmizdə müalicə alsa da, bununla bağlı xarici ölkələrə üz tutanların sayı kifayət qədərdir.Alimlərin araşdırmasına görə bu xəstəliklə bağlı bəzi qan qruplarında daha çox yoluxma müşahidə edilir.  

"Cebheinfo.az" xəbər verir ki, Türkiyənin Liv Hospital Samsun Ümumi Cərrahiyyə və Tibbi Onkologiya Klinikasının professoru Sərdar Yol mədə xərçənginin son illərdə artdığını qeyd edərək, xəstəliyin heç bir əlamət olmadan irəlilədiyini qeyd edib. 

Professor mədə xərçəngindən qorunmaq üçün gündəlik həddindən artıq duzlu qidalardan uzaq durmağın vacib olduğu barədə xəbərdar edib.Sərdar Yol mədə xərçənginin dünyada ağciyər xərçəngindən sonra ikinci ən çox rast gəlinən xərçəng olduğunu qeyd edib: 

"Ölkəmizdə kişilərdə xərçəngin 7,4 faizini, qadınlarda isə 6 faizini təşkil edən mədə xərçəngi son illərdə durmadan artmaqdadır. Mədə xərçəngi riski kişilərdə, A qan qrupu olan insanlarda, siqaret çəkənlərdə, obez insanlarda daha yüksək olduğu halda, xəstəlik müxtəlif səbəblərdən də inkişaf edə bilər.

Bu səbəblərdən bəziləri bunlardır: həzm pozğunluğu, şişkinlik, "Helicobacter pylori" adlı bakteriya müalicəsinə diqqət yetirilməməsi, keçmişdə mədə sinirləri kəsildiyi halda uzun illər mədədə turşunun ifraz olunmaması, hisə verilmiş qidalar (Yaponiyada mədə xərçənginə tutulma halları yüksəkdir), genetik meyl, qastrit və B12 vitamini çatışmazlığı, mədə polipləridir".

O bildirib ki, mədə xərçəngi bəzən məkrli şəkildə, heç bir əlamət olmadan irəliləyə bilər:

"Semptomlar gec mərhələlərdə ortaya çıxdıqda xəstə əməliyyat imkanını itirmiş ola bilər. Digər tərəfdən qarnın yuxarı hissəsində şişkinlik, ağrı, asanlıqla toxluq hissi, iştahsızlıq, ürəkbulanma, qusma, sürətli kilo itkisi, qan azlığı (anemiya) xəstəliyin əsas əlamətləridir.

Bu simptomların hamısının gündəlik həyatda rast gəlinən şikayətlər olması, həkimə gec müraciətlərlə bağlı gecikmələrə yol açır. Xəstəliyin erkən aşkarlanması cərrahi müdaxilələrdə bir üstünlük təmin edir. Xərçəng sonrakı dövrlərdə aşkarlansa ətrafdakı orqanlara yayılması xəstəliyin müalicə şansını azaldır.

Belə vəziyyətdə əməliyyatdan əvvəl kimyaterapiya tətbiq edilir və xərçəngdəki geriləmə izlənilir. Burada məqsəd təkrar əməliyyat imkanı qazanmaqdır. Əgər təkrar cərrahiyyə əməliyyatı mümkün deyilsə, palliativ cərrahi əməliyyatlar xəstəyə rahatlıq vermək üçün istifadə olunur. Müalicəni gecikdirmək müvəffəqiyyət şansını azaldır".

Professor müalicə üçün cərrahi əməliyyatlar tətbiq edildikdə mədənin böyük bir hissəsinin və ya hamısının çıxarıldığını deyib:

“Belə bir əməliyyatdan sonra xəstəyə tez-tez fasilələrlə kiçik hissələrdə yemək və udmazdan əvvəl yeməyi yaxşıca çeynəmək tövsiyə olunur. Mədə xərçəngi əməliyyatı və müalicəsindən sonra xəstələr “əməliyyatı oldum, bitdi” deyə düşünməməlidir.

Erkən mərhələdə diaqnoz və müalicə ilə 5 illik sağ qalma nisbəti 90-100 faiz ikən, sonrakı mərhələli şişlərdə bu faiz 15-25 faizə qədər düşür.  Həddindən artıq duzlu və turşu qidalardan hər gün uzaq durmaq, çoxlu təzə tərəvəz yemək, ideal kilonun qorunması xəstəliyin müalicə imkanlarını artıran mühüm faktorlardır".

Nigar
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 İyul 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see326

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see325

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see323

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see264

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see257

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see256

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see253

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see250

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see249

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see236

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see208

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see207

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri