Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Hansı qidalar təhlükəli sayılır? Saxta yağ, yumurta, ət haqqında məlumat

Hansı qidalar təhlükəli sayılır? Saxta yağ, yumurta, ət haqqında məlumat

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Təhlükəli qida məhsullarını istehsal edənlər, satışını təşkil edənlər və ya satış məqsədilə saxlayanlar 10 ilədək müddətə azadlıqdan məhrum ediləcək.

Bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən yeni - 200-3-cü maddədə əksini tapıb.

Layihəyə əsasən, bilə-bilə insan həyatı və sağlamlığı üçün təhlükəli qida məhsullarının istehsalı, satışı və ya satış məqsədilə saxlanması, bu əməllər xeyli miqdarda törədildikdə iki ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on min manatdan on beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Layihəyə əsasən, eyni əməllər:

- təkrar törədildikdə;

- qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;

- külli miqdarda törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Yuxarıda nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Yuxarıda nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Yuxarıda nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Bəs konkret hansı qidalar təhlükəli hesab olunacaq? Bu rəyi kim və necə verəcək? Sağlam qidalanmaya zidd olan məhsullar da təhlükəli qida sayılacaqmı?

Tanınmış həkim Adil Qeybulla deyir ki, təhlükəli qida məhsulu anlayışı şərh olunmalıdır. Belə bir təsnifat yoxdur.  

“Təhlükəli o deməkdir ki, qidanın tərkibində radioaktiv tullantılar, çox ciddi kimyəvi-konsoragen, zəhərli-toksik təsirlər olsun. Təhlükəli qida ifadəsi abstrakt anlayışdır. Düşünürəm ki, qida məhsullarının istehsalı zamanı sağlamlıq parametrlərinə neqativ təsir edən maddələrin təsnifatı olmalıdır. Qidanın təhlükəli olub-olmadığını kim müəyyən edəcək? Bu, sağlamlığın qorunması ilə bağlı genefond üçün milli təhlükəsizlik proqramın tərkib hissəsidirsə, təsnif olunmalı və təhlükəli qidalara nəyin daxil olduğu aydınlaşmalıdır. Məsələn, siqaret, müxtəlif qəlyanlar, alkoqollu içkilər təhlükəli məhsuldur. Bəs bunların istehsalı necə olacaq? Bu baxımdan detallar açıqlanmalıdır”.

Millət vəkili Musa Quliyev bildirir ki, istənilən qidanın hazırlanması, saxlanılması, emal edilmə şəraiti pozularsa, o, zəhərə çevrilə bilir: "Burada hansı qidaların təhlükəli olması konkret yazılmır. İnsanın yediyi bütün qidalar, qarışıqlar müəyyən normalardan, zamandan sonra təhlükəli ola bilər. 

Məsələn, kimsə müxtəlif tərəvəzlərdən turşular hazırlayır. Bu zaman tərəvəzlər yaxşı yuyulmasa, bu turşular zəhərli qidaya çevrilə bilər. Meşədən göbələyi yığıb onun növünə fikir vermədən satmaq da təhlükəlidir. Bu mənada təhlükəli qidaların dəqiq siyahısı yoxdur. Bütün bu məsələlərə nəzarəti AQTA həyata keçirəcək".

Deputat Razi Nurullayev deyir ki, təhlükəli qidalar dedikdə bir neçə seqmentə bölünmədən söhbət gedir: "Azərbaycanda saxta alkoqollu içkilərdən nə qədər insan zəhərlənərək ölüb. Daha sonra saxta yumurta, saxta  yağlar, saxta ətlər satanlar da cəzalandırılacaqlar. Yaxud da ziyanlı qatqılar qatılmış məhsullar da buraya daxildir. Bu məhsullar laboratoriya şəraitində analizdən keçirilib ziyanlılığı təsdiq olunarsa,  mütləq cəzası olacaq.  Həmçinin qeyri-sanitar şəraitdə, laboratoriya analizləri olmadan qida məhsulunu bazara çıxarırlarsa, bunlar haqqında da ciddi ölçülər götürüləcək. Çünki burada insan həyatından söhbət gedir. Kimsə 5-10 min pul qazanacaq deyə, milyonların həyatını təhlükəyə ata bilməz". 

Qeyd edək ki, AQTA bu ilin mart ayında xarici ölkələrdə fəaliyyət göstərən və təsdiqdən keçməyən müəssisələrdə istehsal olunan yüksək risk qrupuna aid qida və yem məhsullarını respublikamıza gətirməyə cəhd edən sahibkarlara xəbərdarlıq edib.

Bildirilib ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinə əsasən, risk dərəcəsi nəzərə alınaraq, ölkəmizə qida və yem məhsullarının idxalı üçün həmin məhsulların istehsal və emal olunduğu xarici qida obyektləri agentlik tərəfindən təsdiq edilməlidir. Bundan ötrü həmin müəssisələrin respublikamızda qida təhlükəsizliyi sahəsində mövcud olan tələblərə uyğunluğu yerində və ya vizualizasiya yolu ilə qiymətləndirilməlidir. Qiymətləndirmənin nəticələrinə əsasən, obyektin təsdiq edilməsi, şərti təsdiq və ya təsdiqdən imtina olunması barədə qərar qəbul edilir.

Ötən müddət ərzində müvafiq qanunun icrasının təmin edilməsi məqsədilə AQTA tərəfindən geniş təbliğat-təşviqat işləri aparılıb. Müxtəlif dövlətlərdən ölkəmizə bu cür qida məhsullarının idxalı ilə məşğul olan şirkətlərin nümayəndələri ilə mütəmadi olaraq görüşlər keçirilib, onlara yüksək riskli qida və yem məhsullarının idxalı sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat və metodiki tövsiyələr verilib. Həmçinin təsdiqdən keçməyən xarici qida obyektlərindən məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı xəbərdarlıqlar edilib, eyni zamanda qanunvericiliyin tələblərinə əməl edilməsi üçün onlara müəyyən vaxt verib.    

Buna baxmayaraq, agentliyə bəzi ölkələrin istehsalçılarından təsdiqlə bağlı hələ də müraciətlər daxil olmayıb. Bəzi sahibkarlar isə həmin müəssisələrdə istehsal olunan məhsulları ölkəmizə gətirməyə cəhd göstərirlər. Qeyd olunan hallarla bağlı agentlik tərəfindən qanunamüvafiq tədbirlər görülərək, bu cür qida məhsullarının idxalına icazə verilmir və ya istehsalçı ölkəyə geri qaytarılır.

AQTA bəyan edir ki, xarici ölkələrdə fəaliyyət göstərən qida obyektləri təsdiq olunmadığı təqdirdə, həmin müəssisələrdən respublikamıza yüksək risk qrupuna aid qida və yem məhsulları idxal edilə bilməz. Belə obyektlərdə istehsal edilən məhsulların qanunsuz olaraq ölkəmizə gətirilməsi cəhdlərinin qarşısı isə qətiyyətlə alınacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq tədbirlər görüləcəkdir. Bununla yanaşı, agentlik bir daha cavabdeh qida subyektlərini və ya onların respublikamızdakı səlahiyyətli təmsilçilərini ölkəmizə yüksək risk qrupuna aid olan qida və yem məhsullarını gətirmək üçün müvafiq müəssisələri təsdiqdən keçirməyə dəvət edir. Eyni zamanda sahibkarların nəzərinə çatdırır ki, sahibkarlar qanunvericiliyin tələbləri ilə agentliyin veb-saytından, həmçinin sosial media səhifələrindən tanış ola, sualları yarandığı təqdirdə isə “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, ət və ət məhsulları, quş əti və quş əti məhsulları, balıq və dəniz məhsulları, heyvan mənşəli konservləşdirilmiş məhsullar, süd və süd məhsulları və heyvan yemi üçün istifadə olunan məhsullar yüksək risk qrupuna aiddir./yenimusavat/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://news24.az
archiveBu xəbər 12 Dekabr 2024 21:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see338

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see320

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see315

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see298

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see294

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see291

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see282

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see274

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see263

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see258

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see247

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see245

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see241

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see237

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see230

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see221

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see219

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see216

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see215

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri