Icma.az
close
up
RU
“Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” BABƏK SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT / VİDEO

“Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” BABƏK SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT / VİDEO

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Naxçıvan Muxtar Respublikası (MR), Babək rayonu, Qahab kənd sakini Zamanov Zaman Hacı oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, işdən qanunsuz olaraq çıxarılıb və bunun səbəbini bilmir:

“Mən, Zamanov Zaman Hacı oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

2014-cü ildən Babək rayonu, Qahab kənd tam orta məktəbində mövsümi ocaqçı işləyirdim. 2024-cü ilin 15 aprelinə kimi işlədim. Həmin illərdə artıq iş saatımın, bayram pullarımın ödənilməməsi ilə bağlı Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən Əmək Müffəttişliyinə müraciət etdim.  Mənim müraciətimə əsasən, bu il məni mövsümi ocaqçı kimi işimə qaytarmadılar. Onlardan hansı səbəbə görə işə götürilmədiyimi soruşduqda, heç bir cavab vermədilər. Hətta bildirdilər ki, sizə məlumat vermək məcburiyyətində deyilik.

Qeyd edim ki, hal-hazırda 3 qız övladım həmin məktəbdə təhsil alır.

İşdən qanunsuz olaraq azad olunmağımla bağlı Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın qəbulunda olmuşam. Fərəh xanım məni video-görüntü vasitəsilə qəbul edib. Bundan əlavə, Fərəh Əliyevaya 27 sentyabrda məktub göndərmişəm. Bir neçə gün əvvəl məktubuma cavab gəlib. Əsas məsələlər kənarda qalıb, deyilir ki, uşaqlarımın dərslərində iştirak etməyinə icazə verilir. Amma bu mənim üçün əsas deyil. İyun ayından bəri məktəbin direktoru yoxdur.

Prezident İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı söylədi ki, “mənə verilən məlumata görə, bəzi hallarda işçiləri vaxtından çox işlədirlər. Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir”. Buna baxmayaraq, Naxçıvan Təhsil şöbəsi Prezidentin sözünə məhəl qoymur, işçiləri bildiyi kimi işlədir. Ödənişləri də etmir. Haqqımızı tələb etdikdə isə bizi işdən çıxarırlar.

Xahiş edirəm dövlət qurumları mənim işimi öz nəzarətinə götürsünlər”.

Məsələ ilə bağlı Naxçıvan MR Təshil Nazirliyinin elektron ünvanına sorğu göndərdik.

Aynurə İSMAYIL

Redaksiyadan: Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 29 Noyabr 2024 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri