Icma.az
close
up
RU
40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Bərdə şəhəri, Gəncə küçəsi, ev 24-də yaşayan İsmayılova Fəridə Ələsgər qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən narazıdır:

“Mən, İsmayılova Fəridə Ələsgər qızı, 02.10.1967-ci ildən Bərdə şəhəri, Gəncə küçəsi, ev 24-də yaşayıram. 1983-cü ilə kimi sümük iflici xəstəliyi səbəbindən hər iki ayağımdan 8 dəfə əməliyyat keçirmişəm. Səhhətimdəki ağır vəziyyətlə bağlı orta məktəbə belə, gedə bilməmişəm.

1983-cü ildə həkimlərin mənə qoyduğu ağır diaqnozlar səbəbindən ömürlük 1-ci qrup əlillik təyin edilib. Dəfələrlə Bakı şəhərində yerləşən "Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortapediya İnstitu" publik hüquqi şəxs adlı yerdə müayinə və müalicələr almışam, hər dəfə həkimlər mənim xəstəliyimin sağalmaz olduğunu bildiriblər.

2017-ci ildə yenidən müayinə olundum, ancaq yenə səhhətimdə heç bir irəlləyiş olmadığı bildirildi. Yenidən 1-ci qrup əlilliyim öz təsdiqini tapdı.

Onu da deyim ki, ayaqlarımda güclü ağrılar səbəbindən ildə bir dəfə cənab Prezident tərəfindən bizə yardımlar ayrılırdı. Sonradan heç bir yoxlanışa dəvət etmədən, mənim əlilliyimi 2-ci qrupla dəyişdirdilər.

Qardaşım mənim etibarnaməm əsasında Bərdədə fəaliyyət göstərən DOST Mərkəzinə yaxınlaşdı və problemi qeyd etdi. Lakin DOST Mərkəzindən bildirdilər ki, sizin əlilliyiniz sistemdə 2-ci qrup qeyd olunub, heç bir köməklik göstərə bilmərik. Qardaşım Etiraz edərək bildirib ki, bu, necə ola bilər axı, biz hər ay dövlətimiz tərəfindən bacıma verilən prezident təqaüdü də daxil olmaqla, 1-ci qrup əlil kimi hər ay 470 manat pul alır. Digər bacım İsmayılova Kəmalə Ələsgər qızı da dövlət tərəfindən ona baxması üçün 100 manat alır.

DOST Mərkəzindən bildiriblər ki, bu, bizlik deyil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edin. Bundan sonra biz aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Bir neçə müddətdən sonra bizə məktub göndərdilər ki, bu dəfə 3-cü qrup təyin edilib.

Biz yenidən etiraz edərək, nazirliyə müraciət etdik. Bizi Mingəçevir Şəhərində yerləşən Qarabağ Regional Tibbi Sosial Ekspert Komissiyasına yönləndirdilər. Burada da 9 nəfər komissiya üzvünün əyani müayinəsi keçirildi. Yeni sənədlərdə qeyd etdilər ki, İsmayılova Fəridə Ələsgər qızının ayaqlarındakı problem həqiqətən ciddidir və bu adama baxan lazımdır. Bizə bildirdilər ki, bütün sənədləri Bakıya - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərəcəyik.

Bir beçə ay keçdi, heç bir şey dəyişmədi, 3-cü qrup olaraq qaldı. Biz məcbur qalıb cənab Prezidentə, Mehriban xanıma, Baş nazirə, Milli Məclisin sədrinə və Ombudsmana onlarla şikayət məktubları göndərdik. Lakin bizimlə heç kim maraqlanmadı. Sadəcə, məktublar gəldi ki, baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. Hələ neçə aylardır bu nazirlikdən xəbər yoxdur.

Prezident Adminstrasiyasının 1111 qaynar xəttinə də məlumat vermişik. Bildirdilər ki, sizin cənab Prezidentə ünvanladığınız teleqram nazirliyə yönləndirilib. Biz yenə etiraz etdik ki, axı, bu nazirlik maraqlanmır, niyə yönləndirirsiniz?! Bildirdilər ki, bizim səlahiyyətimiz yoxdur, nazirliyə yenidən müraciət edin.

Artıq bir neçə aydır ayaqlarımda güclü ağrılar başlayıb. Bakıda həkimlə danışdıq, təcili müalicə olunmalıyam. İmkanımız da yoxdur. Ayrı heç bir yerdən gəlirimiz yoxdur. Gözümüzü tikdiyimiz 1-ci qrup əlillik pulu idi, onu da kəsib 3-cu qrup etdilər. Qalmışıq çıxılmaz vəziyyətdə. Heç kim bizim şikayətimizə baxmır.

Sizdən artıq dərəcədə xahiş edirik ki, bizim səsimizi cənab Prezidentə və aidiyyəti dövlət qurumlarına çatdırasınız. Bilmək istəyirik ki, 40 ildən çox 1-ci qrup əlillik pensiyası aldığım halda, nəyə əsasən heç bir səbəb və müayinə etmədən kəsiblər?!"

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əlaqə saxladıq. Agentlikdən bildirdilər ki, Bərdə şəhər sakini, 1967-ci il təvəllüdlü İsmayılova Fəridə Ələsgər qızı 04.12.2024-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib:

"Vətəndaşın müayinə nəticələrinə əsasən, qanunvericiliyə uyğun olaraq onun hazırki sağlamlıq vəziyyətinin üçüncü dərəcə müddətsiz əlillik təyinatına əsas verməsi barədə qərar qəbul edilib. 

Növbəti dəfə, 21.06.2025-ci il tarixdə Fəridə İsmayılovanın əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən yeni forma-88 sənədi rəsmiləşdirilib. Qiymətləndirilmə nəticəsində vətəndaşın əlilliyi ilə bağlı əvvəlki qərar qüvvədə saxlanılıb".

Jalə FAMİLQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Sentyabr 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri