Icma.az
close
up
RU
“Azərışıq” ASC də qiymətlər sədrin qərarı ilə tənzimlənir? GÖYÇAY SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT

“Azərışıq” ASC də qiymətlər sədrin qərarı ilə tənzimlənir? GÖYÇAY SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Göyçay şəhər sakini Mirzəyev Rauf Hüseynağa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin müraciətini olduğu kimi dərc edirik:

“Mən, Mirzəyev Rauf Hüseynağa oğlu, xahiş edirəm ki, yazdıqlarımı ictimailəşdirəsiniz.

Məlum olduğu kimi, 2025-ci ilin əvvəlində Tarif Şurasının qərarına əsasən, kommunal xidmətlərin qiymətlərində artım oldu. Onsuz da bu artımlar biz kasıb, zillət içində yaşayan millətin yaşam tərzinə mənfi təsir göstərir. Tarif Şurasının qərarı ilə ticarət və xidmət sahəsində enerji üzrə qiymət artımı olmayıb. Tarif cədvəlinə diqqətlə baxsanız, bunu görəcəksiniz. Amma xalqın cibini soyan “Azərışıq” ASC öz qanunsuz əməllərindən əl çəkməyərək, ticarət və xidmət sahəsinində qiymətini qeyri-qanunu olaraq artırıb.

Məsələ ilə bağlı Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevin də qəbulunda olmuşam. O cümlədən, Göyçay “Azərışıq” ASC-nin rəhbərliyi ilə də görüşmüşəm. Natiq Ağayev bu məsələnin aydınlaşdırılması ilə bağlı köməklik edəcəyini dedi, amma hələ də cavab yoxdur. Sonra mənə dedilər ki, “Azərışıq” ASC ilə əlaqə saxla.

Deyiləni etdim. Buradan isə bildirdilər ki, bu, “Azərışıq”  ASC sədrinin göstərişidir, məsələ ilə bağlı sizə heç bir kömək edə bilməyəcəyik.

Bir sözlə, hüquqi dövlətdə yaşasaq da, ölkəmiz hüquqlarla deyil, məmurların şəxsi iradələri, istəkləri ilə idarə olunur.

Yeri gəlmişkən, Tarif Şurasının onlayn xidmət sahəsi də yoxdur ki, belə qanunsuzluqlar barəsində şikayətimizi edək".

Qeyd edək ki, məsələ ilə bağlı Tarif Şurası ilə əlaqə saxlamaq mümkün olmadı.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 Aprel 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see156

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see133

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri