Hansısa anda yenidən lazım oldum Bayern in yarımmüdafiəçisi
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
"Bayern Münhen"in yarımmüdafiəçisi Leon Qoretska ötən mövsüm komandadakı rolundan və baş məşqçi Vensan Kompani ilə münasibətlərindən danışıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Bayern & Germany" belə çatdırıb:
"Mövsümün başlanğıcı mənim üçün, şübhəsiz, çətin alındı. Bu haqda yetərincə danışmışıq. Mövsümün ilk yarısının ortasında hansısa anda yenidən lazım oldum. Düzü, əvvəldən hiss edirdim ki, baş məşqçi mənə dəyər verir. Sonadək bu hiss dəyişmədi. Mənim üçün ən önəmlisi budur, çünki baş məşqçi komandada əsas söz sahibidir. Vensan Kompani ilə münasibətlərimiz çox yaxşıdır. Ötən mövsüm komandaya kömək etməyi bacarmışam və qarşıdakı mövsümdə də "Bayern"ə fayda verəcəyimə əminəm".
Qeyd edək ki, geridə qalan "futbol ili"ndə Münhen təmsilçisinin forması ilə bütün turnirlərdə 40 matça çıxan 30 yaşlı Qoretska 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Bayern" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 24 İyun 2025 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















