Bayern Münhen in yarımmüdafiəçisi ölkəsində ilin ən yaxşı futbolçusu oldu
Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
"Bayern Münhen"in yarımmüdafiəçisi Konrad Laymer Avstriyada ilin ən yaxşı futbolçusu seçilib.
Fanat.Az xəbər verir ki, məlumatı Avstriya Futbol Assosiasiyasının mətbuat xidməti yayıb.
Yerli çempionatda iştirak edən klubların məşqçiləri arasında keçirilən səsvermədə 28 yaşlı Laymer 51 xal toplayıb.
İkinci yeri "Leyptsiq"in (Almaniya) üzvü Kristof Baumqartner (16 xal) tutub. "Srvena Zvezda"nın (Serbiya) komandasının hücumçusu Marko Arnautoviç (15 xal) üçüncü olub.
Laymer ötən mövsüm "Bayern"də bütün turnirlərdə 46 matça çıxaraq 3 qol və 4 məhsuldar ilə yadda qalıb. Orta xətt oyunçusu komandası ilə Almaniya çempionluğunu bayram edib.
Baxış sayı:24
Bu xəbər 23 Dekabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















