Icma.az
close
up
RU
Hansısa fəslin sıradan çıxması absurd iddiadır EKOLOQ

Hansısa fəslin sıradan çıxması absurd iddiadır EKOLOQ

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Təbiət özü-özünü nizamlayır, insanların üzərinə düşən məsuliyyət ekologiyanı və ətraf mühiti qorumaqdır


Aprelin hava proqnozu ilə bağlı məlumatlar müzakirələrə səbəb olub. Bakıda və Abşeron yarımadasında bəzi günlərdə 25-30 dərəcə isti olacağı, bölgələrdə bu rəqəmin 32 dərəcəyə qədər yüksələcəyi qeyd edilir. Bundan əvvəlki illərdə aprel ayları adətən yağışlı, sərin keçirdi. Ekoloq alim Telman Zeynalov globalinfo.az-a açıqlamasında havaların isti keçməsinin iqlimə mənfi təsir etməyəcəyini bildirib. “Fevralın sonuna qədər hava isti keçdi, həmin ayın sonundan martın ortalarına kimi isə soyuq oldu, qar və yağış yağdı. Bu da ondan xəbər verir ki, biz artıq zamanla yaz fəslini itirir, qışdan birbaşa yaya keçirik”, - o deyib.

T. Zeynalov fəsillərin yavaş-yavaş sıradan çıxma səbəbini açıqlayıb: “Karbon qazı nə qədər çox artarsa, o qədər də qış aradan çıxmış olar. Yəni karbon qazının artması qışın və yazın, eləcə də payızın aradan çıxmasına səbəb olur. Ortada bir tək yay fəsli qalır. Havaların isti olmasının da heç bir təhlükəsi yoxdur. Əksinə, məhsullar bol olacaq, yağışsız və susuz qalmayacağıq. Bizim 8400 çayımız var. Ona görə də narahatlığa səbəb yoxdur”. 



“Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli isə “Sherg.az”a açıqlamasında deyib ki, fəsillər sıradan çıxır kimi fikirləri insanların beyninə yeritmək düzgün deyil:

“Müşahidə olunan prosesi fəsillər arasında məsafənin qısalması kimi izah etmək daha düzgün olar. Hansısa fəslin sıradan çıxması, yaxud  yerini dəyişdirməsi absurd iddiadır. Sadəcə olaraq müxtəlif illərdə fəsillər arasındakı məsafənin qısalması və ya uzanması kimi hallar müşahidə edilə bilir. Hansısa ildə qış uzun, yaz fəsli qısa olur. Bəzən yay fəsli uzanır, havalar daha gec soyumağa başlayır. Amma bu, payız fəslinin sıradan çıxması demək deyil".


Şimal yarımkürəsində 4 fəslin hiss olunduğunu xatırladan ekoloq qeyd edib ki, hazırda qış fəslindən bahar fəslinə keçid prosesini yaşayırıq: 

"Yaz fəsli olmayacaq, payız fəsli sıradan çıxacaq kimi iddialarla insanları təlaşa salmaq olmaz. Sadəcə olaraq maarifləndirici materiallar hazırlanmalı və insanların ətraf mühitin mühafizəsinə qarşı həssaslığını artırmaq lazımdır. 

Son yüz ildə iqlim dəyişilmələrinin sürətlənməsi antropogen fəaliyyətdir. Səbəb isə kimyəvi silahların tətbiqi, ağır sənayenin inkişafı, atmosferin çirkləndirilməsidir. Təbiət özü-özünü nizamlayır, insanların üzərinə düşən məsuliyyət ekologiyanı və ətraf mühiti qorumaqdır. Ekvatorial zonalarda, məsələn, Hindistanda heç vaxt 4 fəsil hiss edə bilmərik. Orada qış, payız fəsli olmur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:809
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Aprel 2025 02:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri