Icma.az
close
up
RU
Bəzi futbolçuların gözlənilməyən anda sıradan çıxması planları pozdu Samir Abasov

Bəzi futbolçuların gözlənilməyən anda sıradan çıxması planları pozdu Samir Abasov

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

"Neftçi" Misli premyer-liqasının ilk turu çərçivəsində evdə keçirilən oyunda "Şamaxı"yla heç-heçə etdi - 1:1.

"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Heyətdə bəzi dəyişikliklər edilib. Ötən mövsüm demişdiz ki, komandanı mən yığmamışam. Rza Cəfərov bumövsümkü heyətdə yer almayıb. Bəzi mütəxəssislər ona qarşı haqsızlıq olduğunu düşünür. Onun komandadan gedəcəyi haqda fikirlər də var. Rzaya qarşı ədalətsizlik varsa, bu məsələnin harasındasız?
- Rza iki gün bundan əvvəl zədələndi. Məhz bu səbəbdən heyətdə yox idi.
- Birinci hissədə oyunçuların rəqibin hücumlarının qarşısında çaşqın olduğu hiss edildi. İkinci yarıda "Şamaxı"nın müdafiə xəttini yara bilmədiz. Görünür, "Neftçi" ötən mövsüm qaldığı yerdən davam edir. Yanılıram, yoxsa bizi sürprizlər gözləyir?
- Mövsümün birinci oyunu idi. Heyətdə xeyli dəyişiklik edən komanda üçün çox çətin olur. Futbolçularımın göstərdiyi oyundan razıyam. Sona qədər qalib gəlmək istəyirdilər. Rəqib ilk təhlükəli epizoddan maksimum yararlandı. Futbolçularımın çaşqınlıq yaşadığı başqa hansısa epizod xatırlamıram. "Şamaxı" müdafiə olundu. Üslubları belədi. Yeni gələn oyunçuların çəkdiyi çətinliyi anlayışla qarşılamalıyıq. Zaman lazımdı. Qələbələr qazandıqca daha yaxşı olacağıq. Bugünkü qalib gəlmək istəyinə görə futbolçulara təşəkkür edirəm.
- Bəs, narazı qaldığınız məqam hansı idi?
- Komandamdan narazı qaldığım məqam olmadı. Təbii ki, mütəxəssislər, azarkeşlər fərqli düşünə bilər Üzüldüyüm məqam matça başqa cür hazırlaşmağımız idi. Ancaq sağ və sol cinah vingerləmiz məqşlərdə zədələndi.
- Piriçin qol buraxdığı epizodda mövqe seçimindən narazı qaldız? Ona hansısa irad bildirdiz?
- Oyundan dərhal sonra irad bildirmək doğru olmaz. Oyun təhlil ediləcək. Piriç təcrübəlidi, yaxşı ilə pisi ayırd edə bilir.
- Bir neçə gün əvvəl demişdiz ki, harda boşluqlar olduğunu desəm, menecerlər telefonuma təkliflər göndərəcək. Bugünkü oyundan sonra həmin təkliflər gələ bilər?
- Düşünmürəm. Sözdü, deyirik. Komandamdan çox razı qaldım. 
- Rza Cəfərovun gələcəyinə şübhələr yaradan səbəblər var. Piriç gəlib, kapitanlar arasında iki qapıçı olsa da, onun adı yoxdu. Rza ötən mövsüm kapitan idi. Həm də millimizin qolkiperidi...
- Əvvəl demişdim, yenə deyim: üç yaxşı qapıçımız var. Rəqabət artıb. Xatırlayırsızsa, bura gələndə kapitanlıqla bağlı söz-söhbət var idi. Rzanı kapitan təyin etdim ki, ara sakitləşsin. İstədim ki, danışılan futbolumuz olsun. Rzanın müvəqqəti kapitan olduğunu demişdim. "Neftçi"nin kapitanı Emindi. Vitse-kapitanları da var. Onların meydanda və meydandan kənarda gördüyü işlərdən çox şey asılıdı. Bu söhbəti bağlamaq lazımdı. Rza bizim üçün dəyərlidi.
- Sizə istədiyiniz sistemi formalaşdırmaq üçün nə qədər vaxt lazımdı? Cari mövsüm bəs edəcək?
- İnşallah, bəs edəcək. Avrokuboklarda çıxış etmək istəyirik. Sistem beynimizdə hazırdı. Buna uyğun məşqlər edirik. Sadəcə, bəzi futbolçuların gözlənilməyən anda sıradan çıxması planları pozdu.
- İştirak ərizəsində Ramil Şeydayev, Aleks Fernandes və Ohorinin adı yoxdu. Bu məqam onlarla yolların ayrılacağına işarədi?
- Bu haqda klubun rəsmi saytında məlumat veriləcək. Həmin futbolçularla gələcək planlar haqda danışmışıq.
- "Neftçi" büdcəsi və heyəti baxımından "Şamaxı"dan üstündü. Amma sizi qarşıda daha gərgin mübarizə gözləyir. Favorit "Qarabağ" var. Çempionluğa iddialı komandaların sayı artıb. Sizcə, "Şamaxı"yla heç-heçə edən "Neftçi"nin daha güclü komandalara gücü çatacaq?
- Müqavimət göstərməyə gücümüz də var, yaxşı komandamız da. Meydana qələbə qazanmaq üçün çıxırıq. Bizi qarşıda uzun marafon gözləyir. Qalan komandalar da xal itirəcək. Bu, normaldı.
- Topa nəzarət edən komanda "Neftçi" idi. Lakin hücumlar cərimə meydançasında dayanırdı - bitiricilik çatmırdı. Bu problemi necə aradan qaldıracaqsız?
- Razıyam ki, bu problemin varlığı hiss edildi. Ancaq sıx müdafiə olunan "Şamaxı"ya qarşı təhlükəli epizodlar yarada bildik. Çalışacağıq ki, çatışmazlıqları aradan qaldıraq.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Avqust 2025 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see179

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see174

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see158

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see153

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see143

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see140

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see136

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see136

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri