Icma.az
close
up
RU
Hansısa mühəndisdən Qurban Qurbanova tay olmaz

Hansısa mühəndisdən Qurban Qurbanova tay olmaz

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qarabağ” bütün rəqiblərini məğlub etsə, çempionat maraqsız olar. Ona görə də rəqabətin olması müsbət haldır”.

Bu sözləri Apasport.az saytına açıqlamasında “Neftçi”nin sabiq futbolçusu Mahir Şükürov deyib.

Veteran futbolçu “Qarabağ”ın “Sabah”a məğlubiyyətini yorğunluq amili ilə əlaqələndirib: “Sabah” təbii ki, “Qarabağ”a qarşı oyuna ciddi hazırlaşır. Ancaq indiki məqamda onu da nəzərə almaq lazımdır ki, “Qarabağ” eyni vaxtda həm çempionatda, həm Çempionlar Liqasında, həm də ölkə kubokunda mübarizə aparır. Bu isə müəyyən çətinliklər yaradır. Səbəb heyətin geniş olmamasıdır. Üç cəbhədə oynayanda istər-istəməz yorğunluq yaranır. Lakin bu kimi məqamlar “Qarabağ” üçün ciddi problem sayılmır. Hamı bilir ki, mövsümün sonunda yenə də Ağdam klubu çempion adını qazanacaq. Ümumilikdə götürdükdə, “Qarabağ”ın “Sabah”a uduzması böyük əhəmiyyət kəsb etmir”.

Şükürov “Sabah”ın növbəti oyunu barədə də fikirlərini bölüşüb: “Məncə, “Sabah” üçün “Sumqayıt” səfəri də asan olmayacaq. “Gənclik şəhəri”nin təmsilçisi yaxşı təşkilatlanmış komandadır. Ona görə də əsas məsələ mövsümün sonudur. “Qış çempionu”nun kim olmasının heç bir əhəmiyyəti yoxdur. “Neftçi”də oynadığım dövrdə qış fasiləsinə 4-cü yerdə yollanmışdıq. Lakin mövsümün sonuna bir tur qalmışa qədər lider mövqeyində idik. Son anda keçmiş “AZAL” komandasına “Şəfa” stadionunda məğlub olduq və çempionluğu əldən verdik. Həmin vaxt hamı deyirdi ki, “Neftçi” qış fasiləsindən sonra özünə gələ bilməyəcək. Halbuki biz ardıcıl 8 qələbə qazandıq. “Qış çempionluğu” məsələsi sadəcə intriqa baxımından maraqlıdır. Hamımız bilirik ki, hazırda “Qarabağ”a tay olan rəqib yoxdur”.

O, Qurban Qurbanovla bağlı səsləndirilən müqayisələrə də münasibət bildirib: “Vallah, mən onu heç tanımıram. Mühəndisi Qurban Qurbanovla müqayisə etmək düzgün deyil. Qurban Qurbanovun özünəməxsus dəsti-xətti var və bunu məşqçi kimi artıq dünyaya sübut edib. “Lester Siti”nin 2015–2016 mövsümündə çempionluğunu xatırlayın. Bu, böyük sensasiya idi. Belə müqayisələr futbola yaraşmır və haqsızlıqdır. Qurban Qurbanovun Azərbaycanda məşqçi kimi tayı-bərabəri yoxdur. Dambrauskas çalışa bilər ki, Qurban müəllimə çatsın, amma bu mümkün deyil. Ona görə də nə qədər öz komandası ilə məşğul olsa, bir o qədər yaxşı olar”.

İnternat tipli xüsusi ümumtəhsil məktəbinin şagirdləri "Qarabağ"ın qonağı olublar - FOTO Azər Bağırov: "Demək olar ki, heç nə alınmadı" Kurban Berdiyev: "Belə şeylərə fikir vermirəm" Qurbanova kömək edə bilməyəcəklər: "Qarabağ"da zədə problemləri FIFA referilərimizin sayı artıb
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://apasport.az
archiveBu xəbər 20 Dekabr 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see702

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see327

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see298

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see283

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see262

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see234

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see210

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see191

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see185

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see183

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see180

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see177

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see166

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see165

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see165

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see164

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see161

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see158

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see158

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri