Icma.az
close
up
RU
Qurban Qurbanova Naxçıvandan mesaj KÖŞƏ

Qurban Qurbanova Naxçıvandan mesaj KÖŞƏ

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsində iştirak hüququ qazanması hamının üzünü güldürdü. Hətta adi günlərdə futbolla maraqlanmayanlar belə bu sevincdən pay aldılar, “Qarabağ”ın uğuruyla hər kəsin üzünə təbəssüm qondu. Bütün gündəlik qayğıları unutduq, qürur hissi keçirdik.

Tale elə gətirmişdi ki, “Qarabağ” Respublika stadionunda çətin qarşılaşmaya çıxanda mən blokada şəraitində yaşayan, bu blokadan qurtulmağı arzulayan Naxçıvandaydım. Oyuna baxmaq üçün şəhərin mərkəzindəki məkanların birinə yollandıq, açıq havada böyük monitor qarşısında “Qarabağ”a dəstək olduq. 90 dəqiqə ərzində Naxçıvanda yaşananlara yazının sonunda qayıdacağam. Hələlik isə başqa mövzuya toxunmaq istəyirəm.
Möhtəşəm uğur münasibətiylə “Qarabağ”a təbrik yağdı. Başda Prezident İlham Əliyev olmaqla hər kəs “Qarabağ”ı, onun rəhbərliyini və Qurban Qurbanovu, eləcə də futbolçularını təbrik etdi. Bu təbriklərlə yanaşı, həm də “Qarabağ”a təşəkkür etməyi özümüzə mənəvi borc bildik. Çünki ağdamlılar bu təşəkkürə layiq idi. Bir aydan bir qədər artıq müddətdə davam edən çətin marafondan qalib çıxıb, qitənin ən nüfuzlu klub turnirinə vəsiqə qazanmaqla “Qarabağ” böyük uğura imza atıb. Bunu danmaq üçün ya futboldan bixəbər olmalısan, ya da paxıl. Ölkə çempionatında “Qarabağ”a rəqib olanlar da Avropada qazanılan uğur münasibətiylə təbrikini əsirgəməyib, daxildəki rəqabəti bir kənara qoyub. “Neftçi” istisnadı.
Şəxsən mən çox təəssüfləndim. Bəzi məsələlərdə özümüzü Türkiyə klublarına bənzətməyimiz olmayaydı. Elə həmin o Türkiyə klubları da bir-birinin ardınca avrokuboklarda uğursuzluğa düçar olur, məğlubiyyətləri sıralayır. Çünki dünyaya, Avropa futboluna dar pəncərədən baxırlar. Guya rəqabət aparır, rəqibin uğuruna sevinmirlər. Bununla nə qazandıqları da bəlli deyil. Kimsə mənə fanatizmdən, ölümünə rəqabətdən, rəqiblər arasındakı barışmaz mübarizədən mühazirə oxumağa çalışmasın. Bunların hamısından xəbərim var.
Onu da bilirəm ki, “Neftçi” heç son illərdə “Qarabağ”a layiqincə rəqabət də təklif edə bilmir. Necə ki, avrokuboklardakı uğurlar da uzaq keçmişdə qalıb, Sadıq Sadıqovla birlikdə gedib. Çünki ondan sonra gələnlər ölkənin ən qocaman klubunu yaxşı idarə edə bilməyiblər. İdarə etsəydilər, uğur qazanardılar, sağlam rəqabətdən də xəbərdar olardılar.
Biz cavan olanda bir lətifə vardı. Oğlan sevgilisinə saçına taxmaq üçün sancaq, loru dildə desəm, “broşka” bağışlayır. Bir gün qız oğlandan üz döndərir, evin qapısını açmır. Oğlan da qıza ismarıc göndərir ki, “sevirsənsə, sev, semirsənsə, “broşka”nı geri ver”. Məsəli “Neftçi”dən uzaq olsun. İndi ki, “Qarabağ”ın böyük uğuruna qısqanclıqla yanaşır, onu təbrik etməyi lazım bilmirlər, növbədə daha bir addım var. Yox, mən demirəm ki, buyursanlar, “Qarabağ”ın uğurunu təkrarlasınlar. Mən utopist deyiləm, bilirəm ki, indiki “Neftçi”nin o səviyyəyə çatması əlçatmazdı. “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinə yüksəldiyindən UEFA qalan klublarımıza böyük məbləğdə pul hədiyyə edəcək. 800 min avro olacağı deyilir. Təxminən 1,6 milyon manat. “Neftçi”nin rəsmi şəkildə bu puldan imtina etməsini gözləyirəm.
“Neftçi”ni milyonları və problemləri ilə baş-başa buraxıb, qayıdıram “Qarabağ”a. Daha doğrusu, Naxçıvana. Qarşılaşmanı izlədiyim məkanda adamların “Qarabağ”ın hər qoluna necə reaksiya verdiyini, klubumuzun mərhələ adlamasına sevindiyini görüb qürurlandım. Blokadada yaşayan, çətinliklərlə mübarizə aparan insanlar o anlarda dünyanın ən xoşbəxti idilər. Bu barədə Qurban Qurbanova mesaj yazdım, insanları xoşbəxt etdiyi üçün ona minnətdarlıq etdim. Cavabında o da mənə təşəkkür edib, “Allah xalqımızı qorusun!” yazdı.
Amin, Qurban bəy. Sizli-bizli xalqımız böyük qələbələrə layiqdi. Qoy qələbələrimiz daha çox olsun. Necə deyərlər, hələ böyük qələbələr, gözəl günlər irəlidədi. Xoş bizə ki, bu günləri yaşayırıq.
AMAL

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 31 Avqust 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri