Litva səfirindən Qurban Qurbanova dəstək
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviç “Qarabağ” və komandanın baş məşqçisi Qurban Qurbanovla bağlı paylaşım edib.
QOL.az xəbər verir ki, diplomat X sosial şəbəkə hesabında Ağdam təmsilçisinin “Tvente”yə son məğlubiyyətinin klubun illər ərzində qazandığı uğurlara kölgə sala bilməyəcəyini bildirib.
O, Qurban Qurbanovun Azərbaycan futboluna verdiyi töhfəni xüsusi vurğulayıb:
“Qarabağ” üçün qələbə ilə nəticələnməsə də, bir nəticə bu komandanın qazandıqlarını heç vaxt kiçildə bilməz. “Qarabağ”a və uzun illər ərzində rəhbərliyi ilə unudulmaz Avropa qələbələri qazandıran, Azərbaycanın futbol mədəniyyətinə fövqəladə töhfə verən baş məşqçisi Qurban Qurbanova böyük hörmət. Belə irs daim yaşayır”.
Səfir paylaşımına Qurban Qurbanovun fotosunu da əlavə edib.
Xatırladaq ki, “Qarabağ” UEFA Konfrans Liqasının pley-offf mərhələsində “Tvente”yə (Niderland) uduzaq mübarizəni başa vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 29 Avqust 2026 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















