Icma.az
close
up
RU
Hapoel in baş məşqçisi: “Sabah” keyfiyyətli və sürətli komandadır

Hapoel in baş məşqçisi: “Sabah” keyfiyyətli və sürətli komandadır

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 avqust, AZƏRTAC

“Sabah” keyfiyyətli və sürətli komandadır.

AZƏRTAC xəbər verir ki, bunu İsrailin “Hapoel” (Beer-Şeva) komandasının baş məşqçisi Ran Kojux UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah”a qarşı keçirəcəkləri ilk oyundan əvvəl deyib.

Mütəxəssis qarşıda duran matçın həm özü, həm də klub üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib: “Qarşıdakı pley-off oyunu bir məşqçi kimi mənim, eləcə də klubumuz üçün son dərəcə vacib məqamdır. Nəticədə “Sabah”la matç yeni rəqiblə görüşdür və biz bu oyuna digər qarşılaşmalarda olduğu kimi ciddi hazırlaşırıq. Rəqibin oyunlarının videolarını izləyərkən çox keyfiyyətli və sürətli komanda gördüm. Onlar kəsərli ötürmələr və standart vəziyyətlərlə rəqibi cəzalandırmağı yaxşı bacarırlar. Meydanda yaxşı təşkilatlanmış və hazırlıqlı kollektiv var”.

Komandanın kapitanı Miqel Vitor da oyunla bağlı gözləntilərini dilə gətirib: “Yenidən belə bir mərhələdə mübarizə aparmaq həyəcanvericidir. Əvvəllər iki dəfə bu mərhələdə oynamışam, lakin hədəfimizə çata bilməmişdik. Ümid edirəm ki, bu dəfə həlledici addımı atacağıq. Qol imkanlarımızdan maksimum yararlanmağa və rəqibə çox şans verməməyə çalışacağıq. Biz xırda detallara belə xüsusi diqqət yetirən komandayıq və uğurun açarı da məhz bundadır. Futbolu belə oyunlar üçün oynayırıq və böyük təcrübəmə baxmayaraq, bu qarşılaşmanı səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, avqustun 19-da keçiriləcək "Hapoel" - "Sabah" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab oyunu isə avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Avqust 2026 23:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri