Icma.az
close
up
RU
Hara qədər aldadacaqsınız? Tamaşaçı görür

Hara qədər aldadacaqsınız? Tamaşaçı görür

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İmkan versən, cinayətinə haqq qazandırar, sən isə sanki hipnozdaymış kimi "həəə, buna görəymiş, doğru olanı edib" deyərsən...

Yadıma gəlir, çayxana mübahisələrinin birində qarşımdakı öz fikrini yürütmək üçün - yox-yox, yeritmək üçün sözlərini bəlağətli və öz aləmində tutarlı arqumentləri ilə bəzəyirdi. Yeri gəlmişkən, çayxana da elə ucuzundan deyildi ha. Zarafat bir yana, mən artıq müzakirə və ya mübahisə etmədən onu sacəcə susdurmağı üstün tutdum. Bunu açıq-aşkar üzünə dedim. Susdu. Məsələ qapandı. İlk baxışda mən haqsız, dözümsüz və qeyri-demokrat görünürəm. Amma baxaq görək hansı hallarda susdurulma işə yarayır.

Məsələn, indi korlanan zövqümüzdən danışsam, lap yerinə düşər. Hazırda ətrafına kütləşmiş kütlə yığmağı bacaran ara müğənnilər özlərini üst səviyyədə hesab edirlər. Çünki onlar performanslarını sözün əsl mənasında publikaya soxuşdurmağı bacardılar. Çünki o mikrofon tutanları durduracaq mexanizm yoxdur. Ruhumuzu "oxşayan"ların səsini kəsməyəcək, sadəcə mənfi mənada vəsf edəcək sözlər isə yalnız quru alqışa layiqdir. Tənqidlər yerində olsa da, artıq bezdiricidir. Qulaq daha çox bayağı musiqini seçib oynamağı üstün tutur, nəinki "ay camaat onları dinləmək ayıbdır" mülahizələri ilə özünü yormağı. Zatən streslidir "etməyin" çıxışları, nəyisə etmək daha asandır.

Kütlənin diqqətini çəkib ona səviyyəli musiqi təqdim etmək üçün çalışmaq daha effektivdir. Məsələn, hətta Nəsiminin filminə baxmayan, haqqında sadəcə ağızdan nəsə eşidənlər çıkkada-çıkkada formada təqdim olunan bayağı musiqi sayəsində şeirini əzbər bildilər, havasına oynadılar. Kreativdirmi? Xeyr. Lakin bu bizə nəsə deyir. Deyir ki, sən cəmiyyətin tempini tutaraq onlara əslində ehtiyacı olanı verə bilərsən.

Temp demişkən, yadıma bəzi yazarların özündən əvvəlkiləri yaxud toxunulmaz bilinən görkəmli ədibləri hədəfə almaqları düşdü. Onlar da özlərini bir yolla kütləyə soxuşdurmağın yolunu sensasiyada görürlər. Necə? Çünki özləri hədəf olacaqlar. Tutar qatıq, tutmaz ayran. Təcrübə aparacaqlar: "Mən söyürəm, ardınca söyülürəm, daha sonra üzr istəyirəm və daha sonra mən camaatın dilinə düşmüşkən dilini tutub onlardan özümə publika qayırıram" - işlək plandır. İşə yaradığı da olub.

Tiktok dəbə düşəndən populyarlaşanların tutduğu yola bənzəyir, elə deyilmi? Özünü burax, sonra toparla, ol fenomen. Bəzi səviyyəli müğənnilər də oxşar yolu gediblər. İndi şəkillərini sildirirlər, yox edirlər və ya paylaşanların paylaşımlarını sosial şəbəkələrin texniki yolları ilə - şikayətlə aradan qaldırırlar.

Dünən bir filmə baxdım, hamının sevimlisi, uğurlu, müvəffəq baş rolda olan direktorun əməlləri ifşa olunur. O, insanların qarşısına çıxıb özünə haqq qazandırmağa çalışır, imkan verilsəydi, publikanı ovsunlayacaqdı. Amma rəhm görmədi, aman verilmədi. "Sus" və "rədd ol" deyildi. Ardınca araşdırma tələbi, daha betər ifşalar və ədalət öz yerini tapdı. Hərçənd filmin əvvəlində qəhrəman kimi təqdim olunurdu, sonda isə dəmir barmaqlıqlar arasından baxırdı...

Bir az özünəhörmət, ayıqlıq, lazım olan yerdə susdurmaqla - ya dinləməməklə, ya da ağzından elə onların dilində vurmaqla ağ günə çıxmaq mümkün görünür. Yoxsa necə deyərlər, altını özümüz çəkməli olacağıq. Verdiyin meydanda tikdiyi evi dağıtsan, cinayətkar o yox, sən olacaqsan.

P.S.: Deyəcəksiniz, bayram günləri haradan çıxdı bu söhbətlər? Bekarçılıqdanmı ya nədənmi yenə oxşar hallar sosial media gözümə dəydi. Mövzudan yan keçmək alınmadı. Tamaşaçı da, izləyici də görür, başa düşənlər də az deyil. "Teleqram" izləyiciləri kimi qəddarlaşacaq, bir azca yoruldusa, izləmədən çıxaracaq.

Miri

Ölkə.Az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 Yanvar 2026 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see417

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see360

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see322

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see277

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see264

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see260

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see244

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see238

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see235

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see225

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see218

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see217

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see215

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see213

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see200

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see198

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see193

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see192

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri