“Tamaşaçı səhnədə öz həyatını görür”
Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.
"Teatr mədəniyyətin güzgüsüdür. Bu sənət gənclərimizi maarifləndirir, onlara tariximizi öyrədir. Biz tez-tez tarixi və klassik əsərlərə müraciət edirik. Tamaşaçı hər tamaşaya baxanda sanki öz həyatının bir parçasını səhnədə görür. İnsanlar oradan nəsə götürür, düşünür, tərbiyələnir və maariflənirlər. Bu baxımdan, teatr həqiqətən də həyatın göstəricisi və böyük bir məktəbdir".
Axşam.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Firəngiz Mütəllimova bildirib. O, son illərdə teatrlara marağın xeyli artdığını deyib:
“Sevindirici haldır ki, tamaşalarımıza ən çox gənclər gəlir. Teatrlar həm də qastrol səfərlərinə çıxır, rayonlarda tamaşalar göstərir. Eyni zamanda, xarici ölkələrdə çıxış edərkən həmin səhnələrdə Azərbaycan mədəniyyətini təqdim edirik. Bundan böyük qürur duyuruq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 09 Mart 2026 22:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















