Harri Keyn: “Barselona”nın marağını kompliment kimi qəbul edirəm”
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Bavariya"nın hücumçusu Harri Keyn "Barselona"nın ona maraq göstərməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
QOL.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, İngiltərə millisinin kapitanı bu məlumatlardan xəbərsiz olduğunu deyib:
“Bu barədə heç nə eşitməmişəm. Atam və qardaşım bu işlərlə məşğul olur, amma onlar da mənə heç nə deməyiblər. Daha əvvəl də dediyim kimi, “Bavariya”də çox xoşbəxtəm. Bütün diqqətimi bu mövsümə və komandadakı çıxışıma yönəltmişəm. “Barselona”nın marağını isə kompliment kimi qəbul edirəm”.
Qeyd edək ki, bu mövsüm Keyn bütün turnirlərdə 36 oyuna çıxaraq 43 qol vurub, 5 məhsuldar ötürmə verib. Onun Münhen klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 65 milyon avro qiymətləndirilir. Keyn son 6 matçda rəqib qapılarına ümumilikdə 9 qol vurub.
Baxış sayı:110
Bu xəbər 22 Fevral 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















