Icma.az
close
up
RU
Müasir şəhərsalma “daha çox yol tikək” demir Rəy

Müasir şəhərsalma “daha çox yol tikək” demir Rəy

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bakının 2040 Baş Planında polisentrik — çoxmərkəzli şəhər modeli əsas yanaşmalardan biridir. Amma şəhəri çoxmərkəzli adlandırmaqla iş bitmir. Nəqliyyat və logistika axınları da çoxmərkəzli təşkil olunmalıdır. Bu gün logistikanın əsasən şəhərin qərb hissəsində cəmlənməsi səmərəli model deyil. Lökbatan–Liman–Dənizkənarı küçəsi–Neftçilər–8 Noyabr–Zığ–Hava limanı–Heydər Əliyev–Ziya Bünyadov və digər əsas arteriyalar üzərində yük axınlarının bir istiqamətə yığılması əlavə şəhərdaxili hərəkət yaradır”.

Bunu 525.az-a nəqliyyat məsələləri üzrə ekspert Rauf  Ağamirzəyev deyib, Ekspertin sözlərinə görə, yüklər bir qərb mərkəzindən şəhərin digər hissələrinə 3,5 tonluq avtomobillərlə yenidən daşınırsa, biz logistikanı optimallaşdırmırıq — sadəcə yük maşınlarının şəhər daxilində hərəkətini artırırıq:

“Dəmir yolu ilə əlaqələndirilmiş, mərkəzi və şərq hissələrdə də uyğun logistika qovşaqlarının yaradılması və yük axınlarının məkan üzrə bölüşdürülməsidir. Eyni məsələ sərnişin daşımalarına da aiddir. Avtovağzal funksiyasını bir nöqtədə cəmləşdirib, sonra müxtəlif istiqamətlərdə alternativ iri mərkəzlər yaratmaq kifayət deyil. Onlar metro, dəmir yolu, şəhər avtobusları və şəhərlərarası nəqliyyatla vahid multimodal sistem kimi işləməlidir. Polisentrik şəhər xəritədə bir neçə dairə çəkmək deyil. İş yerləri, universitetlər, xidmətlər, logistika və nəqliyyat qovşaqları elə yerləşdirilməlidir ki, bütün şəhər əhalisi hər gün bir istiqamətə axın etməyə məcbur qalmasın. Əks halda biz polisentrik şəhər yox, bir neçə mərkəzin olduğu, amma bütün axınların yenə də eyni yollara yığıldığı şəhər yaradacağıq. Müasir şəhərsalma “daha çox yol tikək” demir".

Sevinc Qarayeva
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Sentyabr 2026 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see360

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see352

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see280

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see265

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see257

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see249

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see248

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see247

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see241

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see240

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see229

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see222

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see217

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see215

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see209

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see204

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see201

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see200

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri