Harris Trampı prezident seçkilərində qələbəsi münasibətilə təbrik etdi
Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Kamala Harris rəqibi respublikaçı Donald Trampa zəng edərək onu prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Bu barədə “The Washington Post“ ABŞ-nin hazırkı vitse-prezidentinin köməkçisinə istinadən məlumat yayıb.
Məlumata görə, Harris Trampla “hakimiyyətin dinc yolla ötürülməsinin vacibliyini” də müzakirə edib.
O da qeyd edilib ki, Kamala Harris yerli vaxtla saat 16:00-da prezidentlik yarışında məğlub olması ilə bağlı çıxış etməyi planlaşdırır.
APA

Harris Trampı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib
06 Noyabr 2024 23:17
Harris Trampı prezident seçkilərində qələbə münasibətilə təbrik edib
07 Noyabr 2024 09:10
Harris Trampı prezident seçkilərində qələbə münasibətilə təbrik etdi Yeni Sabah
07 Noyabr 2024 00:08

