Icma.az
close
up
RU
Hava ilə bağlı qorxunc proqnoz: simptomlar artdı, narahatlıq başladı Bunları edin

Hava ilə bağlı qorxunc proqnoz: simptomlar artdı, narahatlıq başladı Bunları edin

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Azərbaycanda son günlərdə müşahidə olunan hava şəraitinin sağlamlığa mənfi təsir göstərdiyi deyilir. Hazırda insanlar arasında kütləvi şəkildə qan təzyiqinin yüksəlməsi, halsızlıq, qusma və baş gicəllənmə halları yaşanır.

Mütəxəssislər havada zərərli maddələrin artdığını, bu səbəbdən insanların narahatlıq hiss etdiyini bildirirlər.

Ümumiyyətlə, belə vəziyyətlərdə nə kimi önləyici tədbirlər görülməlidir?

Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, havanın isti keçməsi cəmiyyət üçün həyati təhlükə yaratmır:

“Çünki insanların bu şəraitdən qorunmaq imkanları kifayət qədərdir: kondisionerlər, sərinlədici vasitələr, kölgəliklər mövcuddur. Tarix boyu Yer kürəsində istiləşmə dövrləri müşahidə olunub, tropik bölgələrdə isə temperatur bəzən 60 dərəcəyə qədər yüksəlib və orada da insanlar yaşayır. Ona görə əsas məsələ bu istilərlə düzgün davranmağı öyrənməkdir. Məsələn, kondisionerdən düzgün istifadə etmək, otaq ilə xarici mühit arasında temperatur fərqini optimal saxlamaq həm rahatlığı, həm də sağlamlığı təmin edir. Bu, ilk növbədə insanların öz davranışından və maariflənməsindən asılıdır”.


Adil Qeybulla

Professor qeyd edib ki, xəstəliklərin baş qaldırmasında ən mühüm məsələ havanın çirklənməsidir:

“Təəssüf ki, Yer kürəsinin atmosferi getdikcə çirklənir və bu da qlobal istiləşmənin əsas səbəblərindən biridir. Fosil yanacağın yandırılması, zavod və fabriklərin fəaliyyəti, meşə yanğınları, partlayışlar, avtomobil tullantıları böyük miqdarda karbon qazı və digər zərərli maddələrin atmosferə qarışmasına səbəb olur.

Yaşıl enerji istiqamətində müəyyən addımlar atılsa da, hələ real nəticələr kifayət qədər görünmür. Bu baxımdan, daha ucuz, təhlükəsiz və ekoloji təmiz enerji mənbələrinin tapılması, fosil yanacaqdan imtina edilməsi vacibdir. Eyni zamanda atmosferdəki karbon qazının utilizasiyası və havanın filtrasiyası istiqamətində tədbirlər görülməlidir. Çünki hava çirkləndikcə onun tərkibində benzapiren və polisiklik aromatik karbohidrogenlər kimi zərərli birləşmələr artır, bu da xərçəng və digər xroniki xəstəliklərin artmasına səbəb olur”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Avqust 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri