Hava limanına məşhur müğənninin adı veriləcək
Icma.az, Kulis.az saytına istinadən bildirir.
ABŞ-nin Tennessi ştatında həm Respublikaçılar, həm də Demokratlar Partiyasını təmsil edən rəsmilər birgə razılığa gələrək Neşvil Beynəlxalq Hava Limanına keçən ay 80 yaşında vəfat edən məşhur kantri müğənnisi Dolli Partonun adının verilməsi prosesini başladblar.
Kulis.az xəbər verir ki, Metropoliten Neşvil Hava Limanı İdarəsinin Komissarlar Şurası qərarı qəbul edib.
Bu dəyişiklik Dolli Partonu ABŞ-nin ən gərgin işləyən 50 hava limanından birinə adı verilən ilk qadın sənətçi edəcək.
Qeyd edək ki, Avqustun 25-də xərçəng xəstəliyindən dünyasını dəyişən sənətçinin xatirəsini əbədiləşdirəcək adın dəqiqləşdirilməsi və prosesin tam yekunlaşması üçün yerli rəhbərlik sənətçinin qurduğu "Dollywood" Fondu ilə birgə çalışır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 14 Sentyabr 2026 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















