Icma.az
close
up
RU
Hava məkanımıza və torpaqlarımıza edilən heç bir pozuntunu qəbul etməyəcəyik AB Komissiya Sədri

Hava məkanımıza və torpaqlarımıza edilən heç bir pozuntunu qəbul etməyəcəyik AB Komissiya Sədri

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, “Heç bir halda hava məkanımıza və ya torpaqlarımıza yönələn hər hansı pozuntunu qəbul etməyəcəyik.”

Bizimyol.info xəbər verir ki, Fon der Leyen bu fikirləri Stokholmda keçirilən "Nordik Şurası Zirvəsindən" sonra təşkil edilən birgə mətbuat konfransında səsləndirib.

O, şimal ölkələrinin hazırlıqlılıq və ayıqlıq məsələsində nümunəvi olduğunu vurğulayaraq, bu ölkələrdə təhlükəsizlik mədəniyyətinin cəmiyyətin bütün təbəqələrinə sirayət etdiyini qeyd edib.

Aİ-nin 23 oktyabrda keçirilən Liderlər Zirvəsində Avropanın 2030-cu ilə qədər müdafiə hazırlığını gücləndirmək üçün yol xəritəsini irəlilətmək qərarı qəbul etdiyini xatırladan Fon der Leyen, həmçinin Ukraynaya davamlı dəstəyin necə qorunub saxlanıla biləcəyini də müzakirə etdiklərini bildirib.

O, şimal ölkələrinin bu məsələdə rolunun həyati əhəmiyyət daşıdığını vurğulayaraq: “Əlbəttə ki, təcrübəmiz sizin bilik və təcrübənizdən bəhrələnir. Bu, şimaldakı Arktika bölgəsinin izlənməsindən tutmuş, şərqdəki aqressiv qonşunun çəkindirilməsinə qədər uzanır və bütün Avropa üçün bir istiqamətverici rol oynayır”, - deyib.

Rusiya Federasiyasının dondurulmuş aktivlərinin Ukraynaya borc kimi verilməsi məsələsinə toxunan Fon der Leyen, Aİ Şurasının 2026 və 2027-ci illərdə Ukraynanın maliyyə ehtiyaclarını qarşılamağa dair öhdəlik götürməsindən məmnunluq duyduğunu bildirib.

O, bu çərçivədə dondurulmuş Rusiya vəsaitlərinin mühüm rol oynadığını, həmin plan əsasında bu aktivlərdən əldə olunan vəsaitlərin Ukraynaya kredit kimi ayrılmasının nəzərdə tutulduğunu qeyd edib.

Fon der Leyen əlavə edib ki, Ukrayna bu krediti yalnız Rusiya təzminat ödədiyi halda geri qaytaracaq: “Bu, hüquqi baxımdan möhkəm bir təklifdir. Asan deyil, amma əsaslı bir təklifdir”, - deyə o qeyd edib.

Aİ Şurasının Komissiyadan bu planla bağlı texniki detalları dəqiqləşdirməyi tələb etdiyini xatırladan Fon der Leyen, bu istiqamətdə işlərin davam etdiyini bildirib.

O, Rusiyaya verilən mesajın çox açıq olduğunu vurğulayıb: “Uzunmüddətli bir proses içindəyik. Ukraynanın maliyyə ehtiyaclarını qarşılamağa hazırıq və Ukraynanın yanında – nə qədər çəkərsə çəksin – durmağa davam edəcəyik”, - deyib.

Fon der Leyen Litvanın hava məkanının pozulması ilə bağlı tam həmrəy olduqlarını bildirib. “Bu bir təxribatdır. Bu, tam mənasıyla hibrid bir təhdiddir və biz buna qətiyyən dözə bilmərik. Heç bir halda hava məkanımıza və ya torpaqlarımıza yönələn sərhəd pozuntusunu qəbul etməyəcəyik. Məhz buna görə hazırlıqlılıq yol xəritəsinin gücləndirilməsi həyati əhəmiyyət daşıyır”,- deyə bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 28 Oktyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see207

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see196

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see186

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see186

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see159

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see159

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see157

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see149

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see147

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see141

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri