Icma.az
close
up
RU
Hava şəraiti, nasazlıq, nəhayət, təsadüf...

Hava şəraiti, nasazlıq, nəhayət, təsadüf...

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Yaddaşlarda iz qoyan təyyarə qəzaları

Müasir inkişaf özü də müəyyən zamanlarda faciəyə yol aça bilir. Ən rahat və əlverişli nəqliyyat sayılan təyyarələr də bəzən qəzaya uğrayır - başvermə səbəbləri müxtəlifdir: texniki nasazlıqlar, pilot səhvləri, hava şəraiti, terror aktları və ya idarəetmə sistemindəki nasazlıqlar.

Məhz bu qəzaların araşdırılması nəticəsində dünya üzrə təhlükəsizlik standartları təkmilləşdirilir, təyyarə dizaynları daha etibarlı edilir və uçuş qaydalarına ciddi nəzarət təmin olunur. Lakin keçmişdə baş vermiş, yaddaşlarda iz buraxan təyyarə qəzaları aviasiyanın mürəkkəbliyini və insan həyatının dəyərini bir daha göz önünə gətirir.

Qeyd edək ki, bu günlərdə Amerikada ard-arda 2 dəhşətli təyyarə qəzası baş verib. Belə ki, fevralın 1-də Filadelfiya şəhərində baş vermiş təyyarə qəzası nəticəsində 7 nəfər, təyyarənin göyərtəsində olan 6 nəfər və 1 yerli sakin həlak olub. Bu haqda şəhər meriyasının rəhbəri məlumat verib. O, həmçinin hadisə zamanı 19 nəfərin də yaralandığını bildirib.

Ronald Reyqan Vaşinqton Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi ilə ABŞ Ordusuna məxsus helikopter toqquşub. Bu qəza, son 15 ildən çox müddət ərzində ABŞ hava məkanında kommersiya aviasiyası ilə bağlı ilk kütləvi itkilərlə nəticələnən hadisədir. Qəza nəticəsində 67 nəfərin həlak olduğu bildirilir. Hadisə “American Airlines” şirkətinə məxsus təyyarənin enişi zamanı baş verib.

Tenerife faciəsi - 1977-ci il

Rabitə çatışmazlığından yaranan qəzada uçuş-enmə zolağında iki təyyarə toqquşub. Dumanlı havada baş verən qəzada “KLM” və “Pan Am” şirkətləri iştirak edib. “KLM” təyyarəsi planlaşdırılmamış şəkildə Tenerife hava limanına enib və təyinat yerinə vaxt itirməmək üçün yanacaq doldurub. “Pan Am” təyyarəsi uçuş-enmə zolağından qalxmaq üzrəykən sıx duman səbəbindən iki təyyarə bir-birini görməyib. “KLM” pilotları “Pan Am” təyyarəsini çox qısa məsafə olanda görüb tez havaya qalxmaq istəsələr də, cəhdləri boşa çıxıb. İki “Boeing 747” təyyarəsi toqquşub və 583 nəfər ölüb. Mütəxəssislərin fikrincə, “KLM” təyyarəsi Tenerifedə yanacaq doldurmasa, tez qalxa bilərdi və qəza baş verməzdi.

Çikaqo qəzası - 1979-cı il

1970-1980-ci illərdə çoxlu təyyarə qəzaları olub və bugünkü təhlükəsizlik tədbirləri o dövrdə baş verənlərdən alınan dərslərlə hazırlanıb. Həmin illərdən daha bir qəza ABŞ-ın Çikaqo şəhərində baş verib. Havaya qalxdıqdan dərhal sonra “American Airlines” şirkətinə məxsus “DC-10” tipli təyyarənin sol mühərriki lazımi texniki prosedurlar aparılmadığı üçün sıradan çıxıb və təyyarə yerə çırpılıb. Nəticədə 273 nəfər həlak olub.

Ər-Riyad faciəsi - 1980-ci il

“Səudiyyə Ərəbistanı Hava Yolları”na məxsus təyyarə Ər-Riyaddan havaya qalxıb, lakin yük anbarında yanğın başladığı üçün 6 dəqiqə sonra hava limanına qayıdıb. Təyyarə uğurla yerə enib, lakin yanğın böyüyüb. Pilotlar mühərriklərinin dayandığını düşünsələr də, belə olmayıb. Görülən səylər nəticəsində mühərriklər dayandırılsa da, artıq gec olub. Təcili çıxış qapıları açılmayanda “Lockheed l-1011-200” tipli təyyarədə olan 287 sərnişin və 14 ekipaj üzvü daxil olmaqla 301 nəfərin hamısı həyatını itirib.

Terror hadisəsi - 1985-ci il

“Boeing 747-237B” model “Air India” təyyarəsi ilə baş verənlər Lokerbi faciəsində baş verənlərə çox bənzəyir. Toronto-Monreal-London-Dehli reysi ilə uçurdu. İrlandiya üzərində uçarkən terrorçuların yerləşdirdiyi bomba partlayıb və təyyarədə olan 329 nəfərin hamısı həyatını itirib. Bu qədər insanın ölməsinə səbəb təyyarənin çox böyük olması olub.

Takamagahara qəzası - 1985-ci il

“Japan Airlines”ın  başına gələn bu qəza tarixdə 2-ci ən ölümcül qəza olub. “Boeing 747SR” model təyyarəsi Tokiodan havaya qalxaraq Osakaya doğru hərəkət edib. O, havaya qalxdıqdan 44 dəqiqə sonra Takamagahara dağına çırpılıb. Qəzaya səbəb texniki xidmətin düzgün aparılmaması olub. İllər əvvəl təyyarə uçuş zamanı quyruğunu qırdıqdan sonra texniki xidmətə götürülüb. Qapalı yer tək pərçimlə bərkidilməli idi, ancaq bir pərçimlə bərkidilib, nəticədə bir müddət sonra həmin hissə uçuş zamanı qoparaq quyruğu kəsilib və təyyarənin qəzaya uğramasına səbəb olub. 15-i ekipaj üzvü olmaqla 520 nəfər ölüb, 4 nəfər sağ qalıb.

Təsadüfdən doğan faciə - 1996-cı il

Bu qəza ən faciəvi qəzalardan biri idi. 349 adamın həyatını itirdiyi bir təyyarənin havada toqquşması çox uzaq bir ehtimal idi. “Səudiyyə Ərəbistanı Hava Yolları”na məxsus “Boeing 747” və  “Qazaxıstan Hava Yolları”na məxsus “İlyushin 76” model təyyarələri havada toqquşub. Buna səbəb təyyarədəki pilotların ingiliscə çox yaxşı danışa bilməmələri və qüllədən gələn məlumatları səhv eşitmələri olub. Nəticədə bu dəhşətli qəza baş verib.

Səhv manevr - 2001-ci il

2001-ci il noyabrın 12-də “Airbus A300” təyyarəsi Nyu-Yorkun JFK Hava Limanından qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğradı. Pilotun sərt manevrləri nəticəsində təyyarənin quyruq stabilizatoru qırıldı və təyyarə yaşayış bölgəsinə çırpıldı. Təyyarədə olan 260 nəfərin hamısı və yaşayış yerində olan 5 nəfər həyatını itirdi. Qəza pilot təlimləri və təhlükəsizlik prosedurlarının yenidən nəzərdən keçirilməsinə səbəb oldu.

Tiurbulensiya qəzası - 2006-cı il

“Tu-154” modelli təyyarə 3 min  metrdə turbulentliyə tutulub. Təyyarələrin tez-tez qarşılaşdığı bir vəziyyət olan turbulentlikdən xilas olmaq üçün mübarizə aparılıb və siqnallar göndərilib. Ancaq səylər nəticə verməyib və “Ukrayna Hava Yollar”ına məxsus təyyarədə olan 170 nəfər həyatını itirib.

İndoneziya qəzası - 2018

2018-ci il oktyabrın 29-da “Lion Air”ə məxsus Boeing 737 MAX təyyarəsi İndoneziyada uçuşa qalxdıqdan bir neçə dəqiqə sonra Cava dənizinə çırpıldı. Bu qəzanın səbəbi də avtopilot sistemindəki (MCAS) nasazlıq idi. Təyyarədə olan 189 nəfərin hamısı həlak oldu. Bu qəza, “Ethiopian Airlines Flight” ilə birlikdə, “Boeing” şirkətini ağır tənqid hədəfinə çevirdi və MAX seriyasının təhlükəsizliyini sual altına qoydu.

Nasazlıqdan doğan faciə - 2019

2019-cu il martın 10-da Efiyopiyaya məxsus “Ethiopian Airlines”ın Boeing 737 MAX təyyarəsi Addis Abebadan qalxdıqdan qısa müddət sonra qəzaya uğradı. Avtopilot sistemindəki (MCAS) nasazlıq səbəbindən təyyarə idarəolunmaz hala gəldi və yerə çırpıldı. Bu, Boeing 737 MAX seriyasının ikinci belə qəzası idi. Təyyarədə olan 157 nəfərin hamısı öldü. Qəza nəticəsində Boeing 737 MAX təyyarələri bütün dünyada uçuşlardan kənarlaşdırıldı və şirkətə böyük iqtisadi və imic ziyanı vuruldu.

Yeganə BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:253
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Fevral 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see275

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see273

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see267

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see263

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see246

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see238

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see215

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see209

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see206

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see206

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see203

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see201

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see199

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see198

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see183

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see180

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see176

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see176

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see169

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri