Icma.az
close
up
RU
Havalar belə keçsə... Məhsul yığımı sual altında

Havalar belə keçsə... Məhsul yığımı sual altında

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yaz fəslinin sonuna yaxınlaşsaq da, havaların hələ də sərin keçməsi kənd təsərrüfatı sahəsində müəyyən narahatlıqlar yaradıb. Fermerlər bildirirlər ki, temperaturun normadan aşağı olması bəzi məhsulların əkini, çiçəkləmə prosesi və məhsuldarlığa təsir göstərə bilər. Xüsusilə meyvə bağları, tərəvəz sahələri və kartof əkini ilə məşğul olan təsərrüfat sahibləri hava şəraitini diqqətlə izləyirlər. Uzun müddət davam edən qeyri-sabit hava şəraiti məhsulun yetişmə vaxtını gecikdirə, bəzi hallarda isə xəstəlik və zərərverici riskini artıra bilər. Bununla yanaşı, bəzi fermerlər yağışların torpaq üçün faydalı olduğunu və yay aylarında su ehtiyatlarına müsbət təsir göstərə biləcəyini düşünür. 
Kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov Demokrat.az-a açıqlamasında deyib ki, havaların yağmurlu keçməsi, təbii ki, kənd təsərrüfatında müəyyən proseslərin ləngiməsinə və bəzi xəstəliklərin yayılmasına səbəb olur:
“Bu, əlbəttə ki, qaçılmazdır. Əsas məsələlər və problemlərdən biri istiliksevən bitkilərlə bağlıdır. Pomidor, bibər və digər bu kimi bitkilərin torpağa köçürülməsi ləngiyir. Halbuki bu bitkilər müsbət 12-15 dərəcə temperaturda kök sistemini daha yaxşı inkişaf etdirir, aşağı temperaturda isə inkişaf dayanır. Buna görə də onların torpağa köçürülməsi gecikir və bu da ümumilikdə fəslin gecikməsi ilə əlaqədardır. Yağışlı havalar çəyirdəkli meyvələrdə monilioz, yəni "çiçək yanığı" adlanan xəstəliyin yayılmasına ciddi təkan verir. Buna görə mütləq aqrotexniki tədbirlər görülməlidir. Çəyirdəkli meyvələrdə yarpaqdan yemləmə daha intensiv həyata keçirilməlidir. Çünki torpaqda istiliyin zəif olması kökdən qidalanmanı ləngidir. Bu səbəbdən azot tərkibli preparatlardan istifadə məqsədəuyğundur. Xüsusilə kökdən yemləmədə, ağac və meyvə bitkilərində azot gübrələri, o cümlədən nitrat tərkibli gübrələrin tətbiqi daha məqbuldur”.
O qeyd edib ki, yağışlı hava çiçəkləmə dövründə tozlanma prosesini də ləngidir:
“Arıların və digər həşəratların fəaliyyəti azalır. Məlumdur ki, arılar sərin havada passivləşir və bu, çiçəkləmə mərhələsində ciddi problemlər yaradır. Digər tərəfdən, pambıq və günəbaxan kimi payızda yığılan bitkilərin inkişafı da ləngiyir. Əkin gecikdikdə, yığım da gecikir və nəticədə payızın yağışlı dövrünə düşür. Bu isə məhsul yığımında əlavə çətinliklər yarada bilər. Eyni problem payızda yığılan bəzi tərəvəzlər üçün də proqnozlaşdırılır. Burada əsas məsələ innovasiyaların tətbiqinin vacibliyidir. İqlim dəyişikliyi fermerlərə və aidiyyəti qurumlara göstərir ki, müasir texnologiyalardan geniş istifadə edilməlidir. Ekologiya Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyi koordinasiyalı şəkildə fəaliyyət göstərməlidir. Hava proqnozları əvvəlcədən fermerlərə çatdırılmalıdır. Fermerlərin əksəriyyəti subsidiya sistemində qeydiyyatda olduğuna görə onların mobil məlumat bazası mövcuddur. Bu imkanlardan istifadə edilərək qabaqlayıcı məlumatlandırma təmin olunmalıdır. Belə olduqda fermerlər aqrotexniki tədbirləri vaxtında görə, riskləri minimuma endirə bilərlər”.
Ekspert çıxış yolu kimi innovativ texnologiyaların tətbiqini və qurumlararası koordinasiyanı vacib sayır. O, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyinin birgə fəaliyyət göstərməli olduğunu bildirib. Fermerlərin mobil məlumat bazası vasitəsilə hava proqnozları barədə öncədən xəbərdar edilməsi riskləri minimuma endirə bilər.
Qısası, havaların sərin və yağışlı keçməsi bitkilərin böyüməsini gecikdirir, xəstəlik riskini artırır və məhsul yığımının vaxtını dəyişdirərək fermerlər üçün əlavə çətinliklər yaradır.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 May 2026 07:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see451

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see256

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see250

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see233

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see227

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see224

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see222

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see221

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see215

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see208

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see203

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see202

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see200

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see198

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see194

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see193

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see191

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see188

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see181

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri