Havalar vaxtından tez isindi Qıtlıq və bahalaşma olacaq
Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Son günlər müşahidə olunan uzunmüddətli isti hava dalğaları kənd təsərrüfatında məhsuldarlıqla bağlı narahatlıqları artırıb. Temperaturun yüksəlməsi və su ehtiyatlarının azalması məhsul itkiləri və bazarda qiymət artımı riskini gündəmə gətirir. Bu şəraitdə fermerlərin uyğunlaşma imkanları və dövlətin dəstək mexanizmləri xüsusi əhəmiyyət kəsb edir.
Ekoloq Sadiq Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, hazırkı isti hava şəraiti kənd təsərrüfatı üçün çox zərərlidir:
"Günəşli havaların ən azı bir həftə davam etməsi torpağın erkən oyanması və vegetasiya dövrünün vaxtından əvvəl başlaması kimi qiymətləndirilir və nəticədə bitkilərin inkişafı tezləşir. Qış aylarında normal temperaturun 4–6 dərəcə olduğu dövrdə havanın birdən-birə 15–20 dərəcəyə yüksəlməsi kənd təsərrüfatı bitkilərinin oyanmasına və erkən vegetasiyanın başlanmasına səbəb olur ki, bu da sonradan ciddi fəsadlar yarada bilər".
Ekoloq bildirib ki, soyuq hava kütlələrinin Azərbaycana daxil olması adətən aprel ayının sonlarınadək davam edir.
"Fevral və mart aylarında, hətta bəzən aprel ayında Arktik hava kütlələrinin ölkəyə daxil olması mümkündür. Bu səbəbdən isti və soyuq hava kütlələrinin tez-tez dəyişməsi ehtimalı yüksəkdir və uzunmüddətli istiləşmə kənd təsərrüfatına ciddi zərər vura bilər" - deyə o, qeyd edib.
Qeyd edək ki, iqlim dəyişiklikləri fonunda qeyri-sabit hava şəraiti məhsul itkiləri və bazarda qiymət artımı riskini daha da artırır.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Kirayə ev bazarında qıtlıq və bahalaşma
09 Avqust 2025 15:19
Ət bazarında qıtlıq və bahalaşma DAYANMIR
08 Sentyabr 2025 17:34
Rayonlara qar yağdı, qıtlıq və bahalaşma olacaq AÇIQLAMA
30 Mart 2026 20:03
Yumurta 22 qəpik oldu: qıtlıq, yoxsa bayramqabağı bahalaşma?
24 Dekabr 2024 15:41
Havalar dəhşətli dərəcədə isindi Məktəblər bir günlük bağlı olacaq
22 İyul 2025 15:22
Baxış sayı:115
Bu xəbər 17 Fevral 2026 21:05 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları