Icma.az
close
up
RU
Havaların isinməsi ilə ilan sancmaları artır Toksikoloqdan XƏBƏRDARLIQ

Havaların isinməsi ilə ilan sancmaları artır Toksikoloqdan XƏBƏRDARLIQ

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Havaların isinməsi ilə əlaqədar olaraq son günlər ölkənin müxtəlif ərazilərində ilan sancması hadisələrinin artdığı müşahidə olunur.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Azərbaycanın baş toksikoloqu, ATU-nun xarici tələbələrlə iş üzrə dekanı İsmayıl Əfəndiyev bildirdi ki, ilan sancması hallarına xüsusilə yaz və yay aylarında daha tez-tez rast gəlinir:

"Hər il dünyada 5 milyona yaxın insan ilan sancmasına məruz qalır, onlardan təxminən 100 min nəfər bu səbəbdən həyatını itirir. Azərbaycanda isə ildə orta hesabla 100-ə yaxın kəskin gürzə zəhəri ilə zəhərlənmə faktı qeydə alınır. Azərbaycanda ən təhlükəli ilan növü Cənubi Qafqaz gürzəsidir (Macrovipera lebetina obtusa). Bu ilan 1.5 metr uzunluğa və 1.5 kiloqram çəkiyə çata bilir. Rəngi boz-qəhvəyi çalarlarında olur və belində tünd qonur xallar yerləşir. İnsanlara əsasən ayaq və qol nahiyələrindən hücum edir. Hadisələrin 98%-i məhz ətrafların distal nahiyəsində müşahidə olunur. Gürzə ilanı sancdıqda qısa müddətdə güclü ağrı və ödem yaranır. Bəzən zəhərlənmə əlamətləri dərhal ortaya çıxmasa da, hər bir sancma halı ciddi tibbi nəzarət tələb edir".

Baş toksikoloq qeyd etdi ki, ilan sancması zamanı yaralanan şəxs panikaya düşməməli, sakit qalmalı və hərəkət etməməlidir:

"Zərərçəkmişin qol və ya ayağı ürək səviyyəsindən aşağıda saxlanmalı, yara nahiyəsini sıxan paltar və zinət əşyaları dərhal çıxarılmalıdır. Yaraya spirt və ya antiseptiklərlə ilkin təmizləmə aparıla bilər, lakin ilan dişlədiyi yeri kəsmək, yandırmaq, buza tutmaq və ya sıxıcı sarğı qoymaq qəti qadağandır. Elastik bintlə təzyiqli sarğı yalnız həkim məsləhəti ilə mümkündür.

İlan sancmaları daha çox aprel ayının ortalarından başlayaraq oktyabrın sonunadək müşahidə edilir. Zərdab yalnız zəhərin sistem təsiri müşahidə edilən hallarda huş pozğunluğu, şişin sürətlə artması, qanın laxtalanmasında pozuntular zamanı istifadə olunmalıdır. Əks halda zərdabın istifadəsi tövsiyə edilmir. Müasir dövrdə tikinti işlərinin çoxalması, əhalinin hərəkətliliyi və təbiətə çıxışların artması ilə ilanların təbii yaşayış mühitinə müdaxilələr çoxalıb və bu da sancma hallarının sayını artırır".

İsmayıl Əfəndiyev ilan sancmasından qorunmaq üçün bir sıra mühüm tədbirləri qeyd etdi:

"Belə ki, açıq ərazilərdə hərəkət edən zaman mütləq bağlı çəkmələrdən istifadə olunmalı, uzun çubuqla kollar, daşlıqlar, odun topaları və otluqlar yoxlanılmalıdır. Gecə saatlarında isə fənərlə hərəkət etmək vacibdir. Ev və həyətlərdə isə gəmiricilərin sayına nəzarət olunmalı, ətraf mühit təmiz saxlanmalı, zibil və tikinti materialları evlərin yaxınlığında yığılmamalıdır. Kəsilmiş ilan başları belə müəyyən müddət zəhər yeritmə qabiliyyətini saxlayır. Hətta ilan balaları da zəhərlidir və onlarla təmas təhlükəlidir. Uşaqlara ilanlarla davranış qaydaları öyrədilməli və maarifləndirmə işləri aparılmalıdır. İlan sancması halında dərhal tibb müəssisəsinə müraciət etsinlər və heç bir halda özbaşına müdaxilə etməsinlər".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:332
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 İyul 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri