Icma.az
close
up
RU
Azərbaycan milli mətbuatının 150 illik yubileyi ilə əlaqədar MEDİA və RİİB könüllüləri Zərdabda olub

Azərbaycan milli mətbuatının 150 illik yubileyi ilə əlaqədar MEDİA və RİİB könüllüləri Zərdabda olub

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 25 oktyabr, AZƏRTAC

Azərbaycan milli mətbuatının 150 illik yubileyi ilə əlaqədar Medianın İnkişafı Agentliyinin və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə MEDİA və RİİB könüllülərinin Zərdab şəhərinə səfəri təşkil olunub.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, görkəmli maarifçi və publisist Həsən bəy Zərdabinin ev-muzeyini ziyarət edən könüllülərə muzeyin ekspozisiyası, Həsən bəy Zərdabinin həyat və fəaliyyəti, Azərbaycan mətbuat tarixində rolu barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Həsən bəy Zərdabinin ev-muzeyi maarifçilik ənənələrinin yaşadılması, milli mətbuat tarixinin gələcək nəsillərə çatdırılması və Zərdabinin ideyalarının təbliği baxımından mühüm mədəni irs ocağıdır.

Səfər çərçivəsində teleaparıcı Mümtaz Xəlilzadə tərəfindən “Müasir dövrdə media savadlılığı və effektiv kommunikasiyada nitq mədəniyyətinin önəmi” mövzusunda təlim keçirilib. Təlim zamanı iştirakçılara rəqəmsal informasiya mühitində media savadlılığının rolundan, kommunikasiya bacarıqlarının şəxsi və peşəkar inkişafda əhəmiyyətindən, eləcə də nitq mədəniyyətinin media nümayəndələrinin peşəkar imicinə təsirindən bəhs edilib.

Qeyd edək ki, Zərdab şəhərinə səfərin təşkilində məqsəd Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi və publisist Həsən bəy Zərdabinin irsini daha yaxından tanıtmaq, onun milli jurnalistikanın formalaşmasında oynadığı rolu gənclərə çatdırmaq və maarifçilik ideyalarını könüllülər arasında təbliğ etməkdən ibarətdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Oktyabr 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see301

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see263

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see234

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see213

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see182

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see157

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see149

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see143

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see141

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see141

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see137

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see131

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see131

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see131

Ərköyün övlad ailəsini bıçaqladı TƏFƏRRÜAT KONKRET

24 Oktyabr 2025 00:17see129

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see127

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see126

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see123

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see120

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri