Icma.az
close
up
RU
Havaların qəfil dəyişməsi xəstəlikləri çağırır

Havaların qəfil dəyişməsi xəstəlikləri çağırır

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Xüsusilə mövsümi keçidlər zamanı havanın temperaturunun birdən-birə yüksəlməsi və azalmasının xəstəliklərin sürətlə yayılmasına səbəb olduğu bildirilib.


 Sherg.az xəbər verir ki, Türkiyə Səhiyyə Nazirliyi Sincan Təhsil və Araşdırma xəstəxanasında yoluxucu xəstəliklər və klinik mikrobiologiya mütəxəssisi olaraq çalışan Prof. Dr. Fatma Aybala Altay havaların qəfil isinməsi və soyumasının camaat arasında xəstəlik səbəbi kimi göründüyünü, əsl səbəbin isə virus və bakteriyalar olduğunu vurğulayıb.

Soyuq havanın dolayı yolla immun sistemini təsir etdiyini bildirən Altay, "Ani soyuq havaya tək məruz qalma insanı birbaşa xəstə etməz. Bunun baş verməsi üçün bakteriya və ya virusa məruz qalmaq lazımdır" deyə bildirib.

Soyuq hava ilə əlaqədar rütubətin azalmasının tənəffüs yollarında qoruyucu maneələri zəiflətdiyini və mikrobların orqanizmə daxil olmasını asanlaşdırdığını bildirən Altay deyib: “Soyuq və küləkli havalarda xəstə insanların burun və ağızlarından öskürdüyü və ya asqırdığı mikro səviyyəli damlacıqlar havada daha çox yayılır və daha yüksək rütubətli yerlərdə daha çox yayılır bu damcıların havada hərəkət etməsi çətindir”.

Prof. Dr. Altay soyuq havada qapalı və insanların sıx olduğu yerlərdə daha çox vaxt keçirməyin xəstəliklərin yayılmasını sürətləndirdiyini, D vitamini çatışmazlığının da immunitet sistemini zəiflətdiyini, qrip, soyuqdəymə kimi xəstəliklərə tutulma riskini artırdığını bildirib.

İmmunitet sistemini gücləndirmək üçün D vitamini ilə zəngin qidaların istehlak edilməsi lazım olduğuna diqqət çəkən Altay, həmçinin kifayət qədər və nizamlı yatmağı, kifayət qədər su istehlak etməyə diqqət etməyi, ətrafdakı rütubəti qorumağı, əlləri tez-tez yumağı, öskürən və asqıran zaman ağız və burnu örtməyi, insanların sıx olduğu və qapalı yerlərdə maskalardan istifadə etməyi tövsiyə edib.

Prof. Dr. Altay, sağlam insanların immun sistemini gücləndirmək üçün əlavə qidalara ehtiyacı olmadığına diqqət çəkərək bunları qeyd edib: "Təbii qidalanma, tərəvəz və meyvələrin istisna edilmədiyi bir pəhrizdə zatən  minerallar və vitaminlər  balanslı şəkildə olur. Bununla belə, yaşlılar, qidalanma problemi olanlar və bəzi xroniki xəstələr üçün  vitamin əlavələri gərəkli ola bilir. Belə adamlard  həkim məsələhəti ilə hərəkət etməlidir."

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Mart 2025 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see826

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see274

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see269

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see266

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see261

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see244

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see238

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see237

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see225

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see196

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see193

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see193

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see189

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see188

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see187

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see183

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see183

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri