Icma.az
close
up
RU
Havanın əhvalımıza təsiri

Havanın əhvalımıza təsiri

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Araşdırmalar göstərir ki, insanların əhval-ruhiyyəsi yağışlı və tutqun havalara nisbətdə günəşli havalarda daha yaxşı olur. Bu hal kəskin şəkil aldıqda buna mövsümi depressiya deyirik. Mövsümi depressiya daha çox payız və qış fəsillərində artır. Bunu həm də sosial fəaliyyətin məhdudlanması ilə əlaqələndirə bilərik. İsti havalarda daha çox gəzir, daha çox dostlarımızla görüşə bilirik, sosial fəaliyyətimiz artır təbii ki, bu da əhvalımıza təsir göstərir”. Bu fikirləri SİA-ya Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Gülşən Mahmudzadə bildirib.
Mövsümi depressiyanın əlamətləri aşağıdakılardır.
- Hətta ən asan işləri görmək üçün belə enerjini toplaya bilməmək;
- Əvvəlkinə nisbətən daha çox yatma;
- Əvvəlkinə nisbətən daha çox yemə;
- Kilo artımı;
- Halsızlıq;
- Sosiallaşmama;
- Mənfi düşüncələrə qapılma;
- Həyatdan zövq ala bilməmə.
Onun sözlərinə görə, bu simptomları yaşayan insanlar mövsümi depressiyada ola bilərlər. Bu hal hər payız və ya qış təkrarlanırsa, buna xroniki hal almış mövsümi depressiya deyirik.
Mövsümi depressiyanı necə aradan qaldıra bilərəm?
“Həmin mövsümün gətirdiyi məhdudiyyət aradan qalxdıqdan sonra mövsümi depressiya da aradan qalxır. Lakin yenə də əhval pozuntusunu aradan qaldırmaq, həyat keyfiyyətimizi artırmaq üçün bir sıra tədbirlər görməliyik. Bu proses insanın özünü necə daha yaxşı hiss edəcəyinə fokuslanaraq həll edilə bilər. Məsələn, yaz-yay aylarında hər gün işığa çıxan biri üçün payız-qış aylarında evdə vaxt keçirmək sıxıcı olar. Bu vəziyyətdə fototerapiya adlanan işıq terapiyası tətbiqi depressiyanın müalicəsində istifadə edilən həllərdən biridir. Digəri isə insanı bir az ictimailəşməyə təşviq etməkdir. Lakin mövsümi prosesləri dəyişmək mümkün deyil. Bu səbəbdən insanın düşüncə tərzini dəyişdirməyə çalışmaq və insanı onun üçün yaxşı ola biləcək müxtəlif onlayn fəaliyyətlərə yönəltmək lazımdır. Beləliklə, diqqəti problem üzərində cəmləmək əvəzinə, diqqəti fərqli bir məqama çəkərək insanların yaşadığı çarəsizlik hissini aradan qaldıra bilərik”, - deyə psixoloq Gülşən Mahmudzadə fikrini tamamlayıb.

Afət Tahirqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Yanvar 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see255

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see248

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see225

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see223

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see220

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see219

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see214

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see212

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see210

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see201

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see185

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see184

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see182

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see175

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see175

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see165

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see163

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see158

ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar Hafiz Paşayev

02 Oktyabr 2026 18:35see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri