Icma.az
close
up
RU
Havanın necə keçməsi əhvalımıza hansı təsir edir

Havanın necə keçməsi əhvalımıza hansı təsir edir

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Araşdırmalar göstərir ki, insanların əhval-ruhiyyəsi yağışlı və tutqun havalara nisbətdə günəşli havalarda daha yaxşı olur. Bu hal kəskin şəkil aldıqda buna mövsümi depressiya deyirik. Mövsümi depressiya daha çox payız və qış fəsillərində artır. Bunu həm də sosial fəaliyyətin məhdudlanması ilə əlaqələndirə bilərik. İsti havalarda daha çox gəzir, daha çox dostlarımızla görüşə bilirik, sosial fəaliyyətimiz artır təbii ki, bu da əhvalımıza təsir göstərir”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Könül Məmmədova bildirib.

K.Məmmədovanın sözlərinə görə, mövsümi depressiyanın əlamətləri aşağıdakılardır:
- Hətta ən asan işləri görmək üçün belə enerjini toplaya bilməmək;
- Əvvəlkinə nisbətən daha çox yatma;
- Əvvəlkinə nisbətən daha çox yemə;
- Kilo artımı;
- Halsızlıq;
- Sosiallaşmama;
- Mənfi düşüncələrə qapılma;
- Həyatdan zövq ala bilməmə.
Bu simptomları yaşayan insanlar mövsümi depressiyada ola bilərlər. Bu hal hər payız və ya qış təkrarlanırsa, buna xroniki hal almış mövsümi depressiya deyirik.
“Mövsümi depressiyanı necə aradan qaldıra bilərəm? Həmin mövsümün gətirdiyi məhdudiyyət aradan qalxdıqdan sonra mövsümi depressiya da aradan qalxır. Lakin yenə də əhval pozuntusunu aradan qaldırmaq, həyat keyfiyyətimizi artırmaq üçün bir sıra tədbirlər görməliyik. Bu proses insanın özünü necə daha yaxşı hiss edəcəyinə fokuslanaraq həll edilə bilər. Məsələn, yaz-yay aylarında hər gün işığa çıxan biri üçün payız-qış aylarında evdə vaxt keçirmək sıxıcı olar. Bu vəziyyətdə fototerapiya adlanan işıq terapiyası tətbiqi depressiyanın müalicəsində istifadə edilən həllərdən biridir. Digəri isə insanı bir az ictimailəşməyə təşviq etməkdir. Lakin mövsümi prosesləri dəyişmək mümkün deyil. Bu səbəbdən insanın düşüncə tərzini dəyişdirməyə çalışmaq və insanı onun üçün yaxşı ola biləcək müxtəlif onlayn fəaliyyətlərə yönəltmək lazımdır. Beləliklə, diqqəti problem üzərində cəmləmək əvəzinə, diqqəti fərqli bir məqama çəkərək insanların yaşadığı çarəsizlik hissini aradan qaldıra bilərik”, - deyə K.Məmmədova fikrini tamamıayıb.

Afət Tahirqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Oktyabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see788

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see548

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see310

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see296

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see279

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see276

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see274

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see264

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see228

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see202

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see193

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see187

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see185

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see180

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see180

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see179

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see160

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri