Havayda güclü daşqınlar nəticəsində 2000 dən çox insan elektriksiz qalıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 23 mart, AZƏRTAC
Son 20 ilin ən güclü daşqınlarından birinə səbəb olan leysan yağışlar nəticəsində 2000-dən çox Havay sakini elektriksiz qalıb.
AZƏRTAC “Associated Press” agentliyinə istinadla xəbər verir ki, leysan yağışlar bir həftə əvvəl baş verən qış fırtınasından sonra yağıb, nəticədə yaranan sellər evləri və avtomobilləri aparıb. Səlahiyyətlilər bildirirlər ki, ümumi ziyan 1 milyard dolları keçə bilər. Bu ziyana yolların, hava limanlarının, məktəblərin və xəstəxanaların zədələnməsi də daxildir.
Daşqınlar Honolulunun şimalında 5500 nəfərin təxliyəsinə səbəb olub, lakin sonradan bu göstəriş ləğv edilib. Xilasedicilər suyun sürətlə yüksəldiyi ərazilərdən 200-dən çox insanı təhlükəsiz yerə təxliyə ediblər. Tələfat barədə məlumat verilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 23 Mart 2026 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















